“İnformasiya təhlükəsizliyi” jurnalının ilk nömrəsi işıq üzü görüb
04.07.2015 [10:21]
“İnformasiya təhlükəsizliyi” elmi-metodiki jurnalının ilk nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən təsis edilən jurnal ildə 4 dəfə çıxacaq.
“İnformasiya təhlükəsizliyi” jurnalının yaradılmasında məqsəd bu sahədə dövlət siyasətinin həyata keçirilməsində dövlət qurumlarının, elmi-tədqiqat müəssisələrinin, təşkilatların səylərinin səfərbər edilməsi, fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı məsələlərin işıqlandırılmasıdır.
Jurnalın ilk nömrəsində qeyd olunur ki, ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, mövcud təhdidlərin qarşısının alınması, dövlət və qeyri-dövlət informasiya infrastruktur subyektlərində kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması ilə bağlı ciddi işlər aparılır. Milli informasiya ehtiyatlarının qorunması, informasiya sahəsində milli maraqların müdafiəsi Prezident İlham Əliyev tərəfindən milli təhlükəsizlik siyasətinin istiqamətlərindən biri kimi müəyyən edilib.
Yeni nəşrdə informasiya sahəsində milli maraqların bütün aspektlərini əhatə edən məsələlərin, o cümlədən informasiya texnologiyalarının inkişafı, informasiyalaşdırma, informasiyanın fiziki, texniki və kriptoqrafik mühafizəsi, habelə kadr təhlükəsizliyi məsələlərinin işıqlandırılması nəzərdə tutulur.
“İnformasiya təhlükəsizliyi” jurnalının ilk nömrəsi daxili işlər naziri Ramil Usubovun, milli təhlükəsizlik naziri Eldar Mahmudovun, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun və başqalarının təbrikləri ilə açılır. “Avropa Oyunlarının təhlükəsizliyi təminatlı və etibarlıdır” adlı yazıda bu beynəlxalq idman tədbirinin keçirilməsində və təhlükəsizliyinin təmin edilməsində rabitənin xüsusi rolundan və əhəmiyyətindən, həyata keçirilən tədbirlərdən bəhs olunur.
Jurnalın ilk nömrəsində, həmçinin “Hərbi sahəyə aid dövlət sirri təşkil edən məlumatların təhlükəsizlik problemlərinin analizi”, “İnformasiyanın texniki kanallarla sızmadan mühafizəsi problemləri”, “Kibertəhlükəsizlik məsələləri beynəlxalq əməkdaşlığın predmetidir” və digər yazılar yer alır. “Xəbərlər” rubrikasında isə informasiya təhlükəsizliyi sahəsində dünyada baş verən son yeniliklər əksini tapır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

