Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvan mətbuatının inkişafında xidmətləri olan jurnalistlərlə görüş

Naxçıvan mətbuatının inkişafında xidmətləri olan jurnalistlərlə görüş

07.07.2015 [10:03]

“Şərq qapısı” qəzetinin redaksiyasında muxtar respublika mətbuatının inkişafında xidmətləri olan jurnalistlərdən Prezident təqaüdçüsü Səxavət Kəngərli, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Cəfərqulu Paşayev və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcovla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Mətbuat Şurası üzvlərinin, “Şərq qapısı”, şəhər və rayon qəzetləri əməkdaşlarının iştirak etdikləri tədbiri “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov açaraq, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Naxçıvan mətbuatı dünən və bu gün” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı şərəfli inkişaf yolu keçib, milli şüurun və özünüdərkin formalaşmasında bütöv bir səhifə açıb. “Əkinçi”dən sonra fəaliyyətə başlayan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad”, “Həyat”, “Molla Nəsrəddin” və bu kimi başqa nəşrlər “Əkinçi”nin yaratdığı ənənələri davam etdiriblər. Naxçıvanda sovet hakimiyyətinin qurulmasından sonra “Naxrespublika”, “Cavanlar həyatı”, daha sonra “Füqəra səsi” adı ilə həyata vəsiqə alan və regionun güzgüsünə çevrilən “Şərq qapısı” qəzeti də dövrümüzün salnaməsinin yazılmasında mühüm rol oynayıb.
Rövşən Hüseynov qeyd edib ki, Azərbaycan mətbuatının əsl inkişafı Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda dövlət-mətbuat münasibətlərinin əsası qoyulub, ölkəmizdə söz və fikir azadlığı təmin edilib, jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bu gün Ulu öndərin əsasını qoyduğu mətbuata qayğı siyasəti ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2000-ci il mart ayının 29-da imzaladığı “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamına əsasən muxtar respublikada fəaliyyət göstərən mətbuat orqanları normal iş şəraiti ilə təmin edilib, onların maddi-texniki bazaları gücləndirilib. Bu gün “Şərq qapısı”, şəhər və rayon qəzetləri yüksək poliqrafik keyfiyyətdə nəşr olunur, mətbuat işçilərinin əməkhaqları artırılır, onların sosial-məişət şəraiti yaxşılaşdırılır.
“Şərq qapısı” qəzetinin şöbə müdiri Sara Əzimova çıxışında deyib ki, Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində Naxçıvan mətbuatının inkişafında xidmətləri olan qocaman jurnalistlərlə görüşlərin keçirilməsinin mühüm əhəmiyyəti var. Çünki bu jurnalistlər milli mətbuatın inkişafında əsl fədakarlıq nümayiş etdiriblər. Həmin jurnalistlərin mətbuat sahəsindəki fəaliyyəti bugünkü gənclər üçün örnəkdir.
Görüşdə Səxavət Kəngərli, Cəfərqulu Paşayev və Fərəc Fərəcov Azərbaycan milli mətbuatının keçdiyi yola nəzər salıb, çalışdıqları dövrlə bu günü müqayisə edərək muxtar respublikada mətbuata göstərilən dövlət qayğısından danışıblar. Qocaman jurnalistlər yaradılan şəraitdən səmərəli istifadə edilməsinin vacibliyini qeyd edib, gənc jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra tədbir çay süfrəsi arxasında davam etdirilib.

 
Paylaş:
Baxılıb: 789 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30