Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Birinci Avropa Oyunları dostlara bayram, düşmənlərə isə sinə dağı oldu”

“Birinci Avropa Oyunları dostlara bayram, düşmənlərə isə sinə dağı oldu”

07.07.2015 [10:04]

“Avropanın idman tarixinə öz möhürünü vuran “Bakı-2015” birinci Avropa Oyunları möhtəşəm başladığı yarışlarına elə möhtəşəm bağlanış mərasimi ilə də yekun vurdu. Bununla da bir daha hamı Azərbaycan xalqının gücünü gördü. Birinci Avropa Oyunları dostlara bayram, düşmənlərə isə sinə dağı oldu. Birinci Avropa Oyunları yaşından, kimliyindən asılı olmayaraq, bütün azərbaycanlıların bir yumruq, vahid güc kimi birləşdiyini göstərdi. Güc birlikdədir devizi ilə hər kəs eyni hədəfə doğru səfərbər oldu”.
Bunu həkim, dietoloq Ləman Süleymanova deyib. Onun sözlərinə görə, bu Oyunlar dünyaya Azərbaycanın təkcə gücünü və nəyə qadir olmasını göstərmədi, eyni zamanda, insanlara ruh yüksəkliyi, özünə inam hissi aşıladı: “Bakı-2015” möhtəşəmliyi ilə sübut etdi ki, dövlət özünə arxayın və mübariz olanda hər şeyə qadirdir. Bu yarışlarda idmançılarımız 21 qızıl, 15 gümüş, 20 bürünc medal əldə edərək Azərbaycanı Oyunlarda ikinci etdilər. Qazanılan nəticələr isə daha böyük qələbəyə yaxın olduğumuzu göstərdi - Qarabağ uğrunda qazanacağımız qələbəyə işarə etdi”.
Ləman Süleymanova bildirib ki, bütün Avropa, bütün dünya “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının nəyə qadir olduğunu gördü. Daha dəqiq desək, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işlər nəticəsində ölkəmiz bir daha beynəlxalq aləmdə tanındı: “İlk dəfə keçirilən bir yarışın böyük həyəcanı yaşanırdı. Biz burada Avropaya qucaq açdığımız, qonaqpərvərliyimizi, səmimiyyətimizi göstərdiyimiz halda, Avropadan bizə qarşı oynanılan oyunları da gözəl görürdük. Amma bu çirkin planlar Oyunlara kölgə salmağı bacarmadı. Mehriban xanım Əliyevanın gərgin əməyi sayəsində Azərbaycan bu sınaqdan üzü ağ çıxdı. Ölkəmiz bir daha beynəlxalq aləmdə tanındı. Onu da deyim ki, Mehriban xanım Əliyevanın birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla keçirilən görüşdəki çıxışı vətənpərvərlikdən irəli gəlirdi. Mehriban xanım həmin çıxışında “17 gün ərzində Azərbaycan xalqı bir komanda və siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq” sözləri ilə bizləri bir daha qələbəyə səslədi”.
“Hörmətli Mehriban xanım bütün Azərbaycan xanımlarında ruh yüksəkliyi yaratdı. Biz xanımlara qəhrəmanlığı öyrətdi. “Aslanın erkəyi, dişisi olmaz” deyimini bir daha xatırlatdı. Biz öyrəndik ki, zərif olduğumuz halda belə çox böyük işlərin öhdəsindən gələ bilərik. Tarixin bütün mərhələlərində Azərbaycan qadınının hansı rol oynadığını, onun qəhrəmanlığını, əski tariximizdə xanımlarımızın rolunu yalnız kitablardan oxumuşduq. Bəzən bu, bizə elə nağıl kimi gəlirdi. Məhz Mehriban xanımın bu gün göstərdiyi şücaət isə oxuduqlarımızın həqiqət olduğunu təsdiqlədi. Biz Azərbaycan qadınları bir daha inandıq ki, biz çox güclüyük, lap çox”, - deyə Ləman Süleymanova sonda əlavə edib.

 
Paylaş:
Baxılıb: 850 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30