Səbail rayonu 20-ci yaşayış sahəsində növbəti iftar süfrəsi təşkil olunub
10.07.2015 [10:00]
Səbail rayonunun müxtəlif yaşayış sahələrində müqəddəs Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal alıb. Ay ərzində rayonun qəsəbələri və yaşayış sahələrində iftar süfrələri təşkil olunub.
Səbail rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə növbəti iftar süfrəsi təşkil edilib. Bu tədbir rayonun 20-ci yaşayış sahəsindəki “Bakı gecələri” şadlıq sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, YAP Səbail rayon təşkilatının idarə heyəti üzvlərinin və fəallarının, bələdiyyələrin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, Bayıl-20-ci yaşayış sahəsində yaşayan müharibə veteranları, şəhid ailələri, ərazidə məskunlaşmış məcburi köçkünlərin - ümumilikdə 400 nəfərin iştirakı ilə keçirilib.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. İçərişəhər “Cümə” məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli, “Bibiheybət Ziyarətgah məscidi” dini icmasının sədri, qazi hacı Rahib Babayev və İçərişəhər “Həzrət Məhəmməd məscidi” dini icmasının sədri hacı Xanmirzə Bağırov müqəddəs kitabımız olan “Qurani-Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdırıblar.
Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də, Azərbaycanda və eləcə də, Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Asif Əsgərov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayıb, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından və yenilərinin, o cümlədən, Səbail rayonunda “Bibiheybət” məscidinin, həmçinin, Qafqazda ən böyük məscid olan “Heydər” məscidinin tikintisindən danışıb.
Tədbirdə Ramazan ayının sonuna kimi iftar süfrələrinin Səbail rayonunun müxtəlif yerlərində, o cümlədən, gündəlik olaraq İçərişəhər “Cümə” və “Bibiheybət” məscidlərində də keçiriləcəyi bildirilib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev də iftar süfrəsində iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
27 İyul 13:36
Siyasət
27 İyul 13:36
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41

