Şəffaflıq prinsipinə əsaslanan ali missiyalı fəaliyyət
07.07.2015 [17:18]
Azərbaycanda təhsilin inkişafı baxımından şəffaflıq prinsipi əsasında səmərəli iş mexanizminə malik olan TQDK-nın fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir
Azərbaycanda hər bir sahədə müşahidə olunan mütəmadi inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasını isə müasir çağırışlara cavab verən uğurlu tədbirlərin həyata keçirilməsi təşkil edir. Dövlət başçısının yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm, fundamental töhfələr verir.
Şübhəsiz, təhsil sektorunun inkişafı müvafiq sahədə ayrı-ayrı akademik təsisatların, o cümlədən, ali təhsil müəssisələrinin və müvafiq monitorinq, təşkilatçılıq funksiyalarını yerinə yetirən institutların fəaliyyət mexanizminin səmərəliliyinin artırılmasına zəmin yaradır. Bu məqamda vurğulamaq gərəkdir ki, Azərbaycanda təhsilin inkişafı baxımından şəffaflıq prinsipi əsasında səmərəli iş mexanizminə malik olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir.
Yüksək standartlara cavab verən qəbul imtahanları şəffaflıq şəraitində keçirilir
Ümumiyyətlə, TQDK-nın iş mexanizmi və fəaliyyətinin nəticələrinin əhəmiyyətini anlamaq üçün kompleks xarakterli bir sıra məqamlara nəzər yetirmək lazımdır. Bəlli olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əsas funksiyaları sırasında orta ixtisas təhsili müəssisələrinə, o cümlədən, ali təhsil müəssisələrinin bakalavriat, magistratura səviyyəsinə qəbul imtahanlarının keçirilməsi və yerləşdirilmə yer alır. TQDK bu işi mərkəzləşdirilmiş qaydada həyata keçirir. Onu da qeyd etmək lazımdır ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün ali məktəblərin magistratura səviyyəsinə qəbul aparılır. Qeyd edək ki, magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və TQDK tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.
Bundan başqa, rezidenturaya qəbulun mərkəzləşdirilmiş şəkildə test üsulu ilə keçirilməsi də TQDK-ya həvalə olunub. Rezidenturaya qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə namizədlərin baza fənləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır. Rezidentura tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi verilir.
Yeri gəlmişkən, TQDK 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişi çərçivəsində iyulun 2-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün, həmçinin, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirib. Həmin gün, eyni zamanda, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də, eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməyən şagirdlər, həmçinin, üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan şagirdlər üçün buraxılış imtahanı keçirilib. Qeyd olunan imtahanlar bütövlükdə respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda, ümumilikdə, 64 imtahan mərkəzində təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün mərkəzlərdə şagirdlər (abituriyentlər) üçün normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb.
Bundan başqa, TQDK iyulun 7-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.
Əsas məqam budur ki, bütün bu prosedur və mərhələlər şəffaflıq şəraitində baş tutur ki, bu da təhsilimizin inkişafı kontekstində xüsusi önəm kəsb edir.
İKT-nin imkanlarından səmərəli istifadə qarşıya qoyulmuş hədəflərə çatmağa imkan verir
TQDK-nın fəaliyyətindən bəhs edərkən onun İKT-nin imkanlarından olduqca səmərəli istifadə etməsi amilini də xüsusi vurğulamaq lazımdır. "Elektron Hökumət" Portalının bu ilin aprelinə olan statistikasına əsasən, 42 qurum tərəfindən göstərilən 274 elektron xidmətdən ümumilikdə 1554540 dəfə istifadə olunub. Həmin məlumatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təqdim etdiyi elektron xidmətlərdən istifadə sayına görə birinci yerdə göstərilib. Belə ki, TQDK-nın elektron xidmətlərindən 1016575 dəfə istifadə olunub.
Bununla yanaşı, TQDK vətəndaşlara 14 növ elektron xidmət göstərir. Xidmətlərin hamısı "Elektron Hökumət" Portalına inteqrasiya edilib. 2015-ci ildə TQDK-nın elektron və mobil xidmətlərindən 5 milyon dəfədən çox istifadə olunub. Bu xidmətlər ərizə qəbulu, imtahan nəticələrinin abituriyentlərə çatdırılması, ödəmə kartlarının və jurnalların elektron satışı, SMS məlumatlandırma və s. kimi müxtəlif prosesləri əhatə edir. Abituriyentlər özləri haqqında məlumatları internet üzərindən məlumat bazalarına əlavə edir, təsdiqləyir və qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Onların əksəriyyətinin Sənəd Qəbulu Komissiyalarına (SQK) gedərək ərizələrini təsdiq etdirmələrinə ehtiyac qalmır. Amma əvvəlki illərin orta məktəb məzunu olan oğlan abituriyentlərin bu imkanları hələlik yoxdur. Onlar məcburən sənədlərini SQK-larda təsdiqlətməli idilər, çünki onlar hərbi mükəlləfiyyətlidirlər və hərbi qulluğa dair sənədləri yoxlanılmalıdır. Ancaq artıq bu məsələ də həll olunmaq üzrədir. Belə ki, TQDK–nın informasiya sistemləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya sisteminə inteqrasiya olunub. İldən-ilə Dövlət Xidmətinin bazaları zənginləşdikcə daha çox oğlan abituriyent elektron ərizəsini internet üzərindən özü təsdiqləyə biləcək.
Dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi uğurla aparılır
Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin 19 aprel 2012-ci il tarixli Fərmanı ilə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunub. Fərmanın icrası ilə əlaqədar olaraq, elmi-metodiki monitorinqin həyata keçirilməsi məqsədilə xüsusi metodologiya və meyarlar işlənib hazırlanıb və həmin sənədlər TQDK sədri tərəfindən təsdiq edilib. Dərsliklərin müzakirəsini təşkil etmək üçün bu sahədə müəyyən təcrübəsi olan, dərslik müəllifi olmayan ekspertlər seçilib. Müvafiq fənn müəllimləri, müstəqil ekspertlər, ali məktəblərin metodika kafedralarının mütəxəssisləri dəvət edilərək dərsliklər haqqında rəylər toplanıb. Həmçinin, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Ağcabədi, Göyçay və Şirvan regional bölmələrinin xətti ilə həmin bölgələrin müəllimləri də dərslik komplektləri barədə xeyli sayda rəy və təkliflərini göndəriblər. TQDK-ya daxil olmuş rəy və təkliflər ümumiləşdirilərək açıq müzakirələr keçirilib. Açıq müzakirələrin əksəriyyəti internet vasitəsilə yayımlanıb və videoçəkilişlər aparılıb. Həmin müzakirələrdə Bakı və Sumqayıt şəhərlərinin ali və orta təhsil müəssisələrinin müəllimləri, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri ilə birgə, dərslik müəllifləri, Təhsil Nazirliyinin və Təhsil Problemləri İnstitutunun nümayəndələri, psixoloqlar, dərslikləri qiymətləndirən ekspertlər iştirak edib. İnternetlə videobağlantı əsasında TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Ağcabədi, Göyçay, Şirvan regional bölmələrindən və "skype" vasitəsilə Biləsuvar rayonu Milli Qəhrəman Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksindən həmin bölgələrin müvafiq fənn müəllimləri də fikirlər bildirib və təkliflər veriblər.
Ümumilikdə, TQDK tərəfindən respublikanın ümumtəhsil məktəblərində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 391 dərslik, 154 müəllim üçün metodik vəsait və 58 iş dəftərinin elmi-metodiki monitorinqi həyata keçirilib.
Bu qurumun fəaliyyəti kontekstində onu da vurğulayaq ki, Komissiya UNESCO-nun Statistika İnstitutu və Brukinqs İnstitutunun Ümumi Təhsil Mərkəzi tərəfindən Təhsil göstəriciləri üzrə Hədəf qrupunun aparıcı tərəfdaşı seçilib. Qeyd edək ki, UNESCO-nun Statistika İnstitutu və Brukinqs İnstitutunun (ABŞ) Ümumi Təhsil Mərkəzi Təhsil göstəriciləri üzrə Hədəf qrupu (Learning Metrics Task Force (LMTF)) 2013-cü ildən fəaliyyət göstərir. Bu layihənin həyata keçirilməsində məqsəd qlobal inkişaf proqramında təhsilin mərkəzi rolunun təmin olunması, bütün dünyada uşaqların və gənclərin təhsil imkanlarının genişləndirilməsi və təhsil nəticələrinin yaxşılaşdırılması üzrə vahid məqsədlərin müəyyənləşdirilməsi ilə bağlı tövsiyələrin hazırlanması üzərində araşdırmalar aparmaqdır.
Nurlan QƏLƏNDƏRLİ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə KİV nümayəndələri arasında keçirdiyi Komissiyanın fəaliyyətinə həsr olunmuş ən yaxşı məqalə müsabiqəsinə təqdim olunur
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40

