Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 1969-cu ilin 14 iyulu ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu

1969-cu ilin 14 iyulu ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu

15.07.2015 [10:01]

Yevlaxda Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 46-cı ildönümü münasibəti ilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatı və Yevlax şəhər İcra Hakimiyyəti Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 46-cı ildönümü münasibəti ilə tədbir keçirib. Tədbir iştirakçıları öncə Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP Yevlax şəhər təşkilatının Aparat rəhbəri Əli Quliyev açaraq Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb, 1969-cu il iyulun 14-də Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişini ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
Tədbirdə geniş məruzə ilə çıxış edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərdən danışıb, hakimiyyətdə olduğu illərdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından həyata keçirdiyi siyasətin müsbət nəticələrindən söhbət açıb. Qeyd edilib ki, ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli lider suveren Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib, onun müstəqilliyini əbədi və dönməz edib.
Daha sonra çıxış edən Yevlax şəhər Gənclər və İdman İdarəsində baş məsləhətçi Etibar Məmmədov, Yevlax Şəhər Xəstəxanasında baş həkimin müavini Niyaz Hüseynov və başqaları dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunub, Ümummilli liderin hakimiyyətdə olduğu hər iki dövrdə təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına verdiyi əvəzsiz töhfələrdən geniş bəhs ediblər.
Tədbir Yevlax şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayevin təqdimatında Heydər Əliyevə həsr olunmuş bədii qiraətlə yekunlaşıb.

 
Paylaş:
Baxılıb: 785 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30