Neftçaladakı müalicəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkar edilib
25.07.2015 [10:13]
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Neftçala rayonunun Xıllı şəhər tipli qəsəbəsində yerləşən və fiziki şəxs Həsənov Camal Saleh oğluna məxsus “İstisu” müalicəvi istirahət mərkəzində dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Müəssisədə əhaliyə iaşə, mehmanxana və yod-bromlu sudan (İsti su) istifadə edilməklə müalicəvi xidmətlər göstərilir. Araşdırma zamanı məlum olub ki, müalicəvi xidmətlərin göstərilməsi üçün müəssisənin Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziyası yoxdur, müəssisəyə müalicə məqsədi ilə gələn şəxslərə kortəbii şəkildə xidmət göstərilir. Belə ki, müəssisədə müalicəvi məqsədlər üçün müraciət edən şəxslərin müayinə olunması üçün həkim olmadığına görə xəstələr müayinə edilmədən vannalara verilən sudan istifadə edir ki, bu da onların həyatı və sağlamlıqları üçün təhlükədir. Müəssisədə müalicəvi isti su adı ilə istifadə edilən suyun kimyəvi tərkibini təsdiq edən sınaq protokolu və ya hər hansı bir rəy və vanna qəbul etmə qaydaları barədə hər hansı bir təlimat yoxdur. Vannalarda verilən suyun temperatur rejiminə nəzarət edilmir.
Müəssisənin iaşə xidmətləri göstərilən sahəsində də bir sıra ciddi möqsanlar aşkar edilib. Belə ki, müəssisədə istehsal texnoloji təlimat və reseptura olmadan aparılır, məhsulların istehsalında istifadə olunan xammalın uyğunluq və gigiyenik sertifikatları yoxdur, məhsulların saxlanılması zamanı mal qonşuluğuna əməl olunmadan ət, süd məhsulları bir yerdə saxlanılır. Müəssisədə verilən qazan yeməkləri də əvvəlcədən hazırlanaraq soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Məhsulların sınaqlarının aparılması üçün müəssisədə laboratoriya mövcud deyil və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və məhsulların sınaqları barədə protokollar yoxlamaya təqdim edilməyib.
Yoxlama nəticəsində müəssisədə xidmətlərin göstərilməsinin qadağan edilməsinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

