Vətənin yaraları
25.08.2015 [10:08]
Harada yaşamalarından asılı olmayaraq azərbaycanlıları həmişə bir cəhət birləşdirib - milli eyniyyəti qoruyub saxlamağa, mənsub olduğu xalqın tarixini, mədəniyyətini unutmamağa çalışmaq. Amma qürbətdə olmağın özü bütöv ailələrin, xalqların tarixindəki kədərli, bəzən isə faciəli məqamlarla əlaqədardırsa, onda uzaq Vətənin ağrı-acısını öz nəbzi kimi hiss edənlərin doğma el-obaya bağlılıq hissi “Harada çörək varsa, ora sənə vətəndir” prinsipi ilə xarici ölkələrə üz tutan insanlardan qat-qat güclüdür.
Azərbaycan xalqının tarixində qanlı qırğın maşınının yüz minlərlə ailənin ocağını söndürdüyü faciəli səhifələr az deyil. Xalqımız Stalin repressiyalarının, azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasının şahidi olub. Ötən əsrin axırlarında əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranması isə sinəmizə çalın-çarpaz dağ çəkib.
“Vətənin köksünə vurulan yaralar hər birimizin qəlbini sızladır”, - deyən böyük fransız yazıçısı Viktor Hüqo Vətənə məhəbbət anlayışının mahiyyətini necə də məharətlə çatdırıb. Tarixin qaranlıq səhifələrinin öyrənilməsi, azərbaycançılıq ideologiyasının, Azərbaycanın haqq işinin dünyada təbliği hamımızın həyat amalı olmalıdır. Əlbəttə, tarixi faktların işıqlandırılması, əvvəllər ictimaiyyətə məlum olmayan arxiv materiallarının açıqlanması mütəşəkkil vətəndaşlıq mövqeyi, vətənpərvərlik nümunəsi kimi ən yüksək qiymətə layiqdir. Azərbaycan tarixinin Stalin dövrünün tədqiqatçısı, istefada olan polkovnik, mərhum Sadıq Zeynaloğlunun “Tarixin qan yaddaşı” və “Onları Vətəndən məhrum etmişdilər” kitablarının həmvətənimiz, sahibkar, ötən əsrin uzaq 30-cu illərində ailəsi Azərbaycandan Orta Asiyaya sürgün edilmiş Mehdi Məmmədovun sifarişi ilə təkrar nəşr olunması dərin ehtirama layiq bir addımdır.
AZƏRTAC xəbər verir ki, bu kitablar Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin bu günlərdə Astanada keçirilən birinci görüşünün iştirakçıları arasında paylanılıb.
Arxiv sənədləri əsasında yazılan “Tarixin qan yaddaşı” sənədli-publisistik povestində 1930-1942-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsə, Şahbuz rayonunun Keçili kəndlərində, habelə Xızı rayonunun Ağdərə kəndində baş verən hadisələr əks olunub. Müəllif Orbelyan soyadlı XDİK əməkdaşının xalqımıza qarşı uydurma ittihamlar, dəhşətli işgəncələrlə müşayiət olunan əməllərini, onun heç kəsə - nə uşaqlara, nə qocalara, nə də qadınlara aman vermədən güllələnmə, sürgün hökmləri çıxarmasını ürəkağrısı ilə təsvir edir. Kitabda Naxçıvanda və ölkəmizin digər bölgələrində repressiya olunanların və Qazaxıstana sürgün edilənlərin siyahısı verilib.
“Onları Vətəndən məhrum etmişdilər” kitabı “Tarixin qan yaddaşı” silsiləsindən sonuncu kitabdır. Burada Azərbaycan tarixində parlaq iz qoymuş ailələrin - Bədəlbəylilərin, Şıxlinskilərin, Usubbəyovların, Qaşqayevlərin və bir göz qırpımında doğma yurdunda “vətən düşməninə” çevrilmiş bir çox digər günahsız ailələrin faciəli taleyindən danışılır. Müəllif vurğulayır ki, köçürülmə barədə qərarları çox vaxt erməni millətindən olan XDİK əməkdaşları imzalayıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20

