Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Bakcell”in təşkil etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb

“Bakcell”in təşkil etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb

08.09.2015 [09:59]

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkətində “Smart Start” proqramı çərçivəsində təcrübə keçən gənclər proqramı uğurla başa vurublar. Şirkətdən verilən məlumatda qeyd olunur ki, 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil olunan “Smart Start” təcrübə proqramı çərçivəsində 32 nəfər gənc insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakəndə satış və distribusiya şöbələrində təcrübə keçərək, peşəkar iş karyerasına başlamaq üçün faydalı olan bilik və bacarıqlara yiyələniblər. İki aylıq proqram ərzində gənclər qeyri-neft sektorunun ən böyük investorlarından olan “Bakcell” şirkətində çalışaraq ən müasir biznes mühiti ilə tanış olublar. Təcrübə proqramının başlanğıc mərhələsində iştirakçılar praktiki biliklərini və işə hazırlıq bacarıqlarını artırmaq üçün təşkil olunan biznes etikası, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə və təcrübəçilərin gələcək peşəkar fəaliyyətlərində zəruri olan müxtəlif təyinatlı təlimlərdə iştirak ediblər. “İki il ərzində proqramda iştirak etmək istəyən gənclər tərəfindən 3000-ə yaxın müraciət qəbul etdik və onlara maksimum dərəcədə şans verməyə çalışdıq. Keçən il 22, bu il isə 32 nəfər təcrübəçimiz olub. Gənclərin peşəkar bacarıqlarını inkişaf etdirmək üçün “Bakcell”i seçməsi bizi çox sevindirir. Milli operator olaraq ölkə gəncliyinə dəstək verməyə davam edəcəyik”, - deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
Xatırladaq ki, “Smart Start” proqramında təcrübə müddəti 2 ay olmaqla həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Qeyd edək ki, “Smart Start” proqramının bütün məzunları “Bakcell”də açılan iş yerlərinə potensial namizəd hesab olunurlar. Ötən il təcrübə proqramını müvəffəqiyyətlə başa vuran gənclərdən 5 nəfər artıq “Bakcell” şirkəti tərəfindən işlə təmin olunub. Proqramın builki məzunlarından da bir neçəsinin işlə təmin olunması gözlənilir.
Səlim

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30