Səhiyyə Nazirliyi: Dərman vasitələrinin idxalı artıb
09.09.2015 [10:16]
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.
Bu gün dərman bazarında olan durum, dərmanların idxalı, qiymətlərinin tənzimlənməsi və keyfiyyəti əhalinin çox böyük marağına səbəb olub. Məsələnin aktuallığını nəzərə alaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev mövzuya dair müsahibə verib. AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla həmin müsahibəni təqdim edir:
- Hazırda belə fikir var ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə başlanıldıqdan sonra bəzi əczaçılıq şirkətləri dərman vasitələrinin idxalını dayandırıblar və bununla əlaqədar qıtlıq yaranıb. Bu məlumat həqiqətə uyğundurmu?
- Bildiyiniz kimi, 2014-cü ilin 16 dekabr tarixində “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmasına dair müddəa təsbit edilib. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı dörd min beş yüzdən artıqdır. Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri Tarif Şurası tərəfindən təsdiqlənib və bu qərar sentyabrın 15-dən qüvvəyə minir. Tarif Şurasının avqustun 25-də keçirilən iclasında isə daha 801 adda dərman vasitəsinin qiyməti təsdiqlənib. Beləliklə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Ümumilikdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. Onu da qeyd etmək istərdim ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il dərman vasitələrinin idxalının həcminin hətta artması müşahidə edilir.
- Ancaq inkar etmirsiniz ki, bəzi dərman vasitələri əczaçılıq bazarından çıxacaq. Belə preparatların alternativi mövcuddurmu?
- Əlbəttə, real qiymətindən 300-500 faiz baha satılan dərman vasitələrinin bazardan çıxması alqışlanan haldır. Qeyd etməliyəm ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur. Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli, nisbətən baha və ucuz olan dərman vasitələridir. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edən haldır. Beləliklə, hər hansı bir dərman vasitəsinin bazardan çıxması onun qıtlığına səbəb olmamalıdır, çünki hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur. Həmçinin, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin keyfiyyəti eyni dərəcədə yüksəkdir. Təsiredici maddə haqqında məlumat ticarət adı ilə bərabər dərman vasitəsinin qutusu üzərində qeyd olunur. Həkim və xəstə alternativ dərman vasitələri barədə məlumatları bizim rəsmi internet saytımız olan www.pharma.az saytından və 012 596-07-12 nömrəli əlaqə nömrəsi vasitəsilə ala bilərlər. Ona görə də əminliklə deyə bilərik ki, hər hansı dərman vasitəsinin ölkəyə idxalının azalması əczaçılıq bazarında qıtlığın yaranmasına səbəb olmayacaq.
- Nəyə görə eyni tərkibli dərman vasitələrinin qiymətləri fərqlənir?
- Bütün dərman vasitələri iki qrupa bölünür: orijinal və generik dərmanlar. Kliniki sınaqları aparılmış və ilk dəfə istehsal edilmiş dərman vasitəsi orijinal hesab olunur. Aydın məsələdir ki, onun qiyməti yüksək olacaq, çünki istehsalçıların gələcəkdə yeni dərman vasitələrinin hazırlamaları və istehsal etmələrinin əlverişli olması üçün 20 illik patent hüququ verilir. Bu müddət ərzində dərman vasitəsinin istehsalçısı həmin tərkibdə olan dərman vasitəsinin yeganə sahibi olur. Lakin patent müddəti bitdikdən sonra həmin tərkibdə dərman vasitələrinin istehsal edilməsi hüququ digər istehsalçılara verilir. Beləliklə, patent müddəti bitdikdən sonra istehsal olunan dərman vasitələri generik sayılır. Yəni istehsalçılar dərman vasitəsinə aid tədqiqatlar aparmadan istehsala başlayırlar. Bu halda generikin qiyməti orijinaldan aşağı olacaq. Generik dərman vasitələrinin də müxtəlif istehsalçıları eyni tərkibli dərman vasitələrinə müxtəlif qiymət təyin edirlər ki, bu da istehsalçı ölkənin siyası-iqtisadi vəziyyətindən və qiymətə təsir göstərən bir sıra digər amillərdən asılıdır. Lakin bu, o demək deyil ki, onların keyfiyyəti fərqlənir. Bir daha deyirəm, keyfiyyətin yeganə zəmanəti dövlət qeydiyyatıdır. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri haqqında məlumatı bizim Mərkəzin rəsmi saytında əldə edə bilərsiniz.
- Vətəndaşları maraqlandıran başqa bir məsələ də ölkəyə idxal olunan dərman vasitələrinin keyfiyyəti ilə bağlıdır. Çoxları belə hesab edir ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra qiymətlərin düşməsi keyfiyyətə də öz təsirini göstərə bilər.
- Dərman vasitələrinin keyfiyyətinə bu sahəyə milli nəzarətedici orqan olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən çox ciddi nəzarət olunur. Qiyməti təsdiqlənmiş bütün dərman vasitələri dövlət qeydiyyatına alınıb, onların keyfiyyət, effektivlik və təhlükəsizlik parametrlərinin tələblərə uyğunluğu təsdiqlənib. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi sisteminin yaranması ehtiyacı ondan irəli gəlirdi ki, indiyə qədər istehsalçı müəssisələr Azərbaycan bazarı üçün qiymətləri özləri müəyyən edirdilər. Bu da çox vaxt qiymətlərin yüksək olmasına gətirib çıxarırdı. Qiymətlərin tənzimlənməsi sistemi tətbiq edildikdən sonra bu cür hallara son qoyulacaq və dərmanların qiymətləri istehlakçılar üçün münasib olacaq.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

