Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə
29.09.2015 [10:09]
Azərbaycan xalqının qədim maddi-mənəvi mədəniyyətinin səciyyəvi xüsusiyyətlərindən biri müxtəlif bədii sənətkarlıq növlərinin zənginliyi və yüksək inkişaf səviyyəsinə nail olmasıdır. Bu baxımdan, Azərbaycan xalçaçılığının qədim və müasir nümunələri xalq sənətinin növlərindən biri olaraq öz orijinallığı və gözəlliyi ilə seçilir.
Azərbaycanda tarixən mövcud olan və hər biri özünəməxsus çalarlar daşıyan Quba, Abşeron, Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbləri birlikdə xalqımızın unikal xalçaçılıq ənənələrini təşkil edir.
Azərbaycan xalçaçılıq sənətinin inkişafı və təbliğinə dövlət qayğısı
Bu gün də xalçaçılıq ənənələrinin qorunması və yaşadılması, eləcə də dünyaya tanıdılması istiqamətində mühüm işlər görülməkdədir. Minilliklərdən gələn bu qədim irsin yeni nəslə ötürülməsi və onun Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi mövqeyini qoruyub saxlaması təmin edilir, bu sahəyə dövlət qayğısı göstərilir.
Bu cəhətdən, əlamətdar hadisə kimi, 2014-cü il avqustun 26-da Prezident İlham Əliyev və xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışını qeyd etmək lazımdır. Xatırladaq ki, muzeyin binası ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən tikilib. Bu işdə Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi də olub. 13 mindən artıq eksponat və digər maddi nümunələrin saxlandığı Xalça Muzeyi ölkə vətəndaşları ilə yanaşı, Bakıya gələn turistlərin bir çoxunun da marağına səbəb olaraq, Azərbaycan xalçasının dünya səviyyəsində daha yaxşı tanınmasına xidmət edir.
Onu da qeyd edək ki, Azərbaycan mədəniyyətinin təbliği sahəsində fəaliyyət çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva illərdir ki, səmərəli işlər həyata keçirməkdədir. Bildiyimiz kimi, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Bu tədbirlərdə bir qayda olaraq Azərbaycanın müxtəlif mədəniyyət sahələri ilə yanaşı, xalçaçılıq nümunələri də nümayiş etdirilir.
Ayrı-ayrı layihələrə gəlincə, məsələn, 2010-cu ilin 15-21 noyabr tarixlərində Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda Azərbaycan xalçalarının “Azərbaycan: uçan xalçalarla nağıllar aləminə” adlı sərgisi təşkil olunub. Sərgidə coğrafi mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə özünəməxsus xüsusiyyətləri ilə bir-birindən seçilən Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunub. Nümayiş etdirilən Quba, Abşeron, Şirvan, Gəncə, Qazax və digər xalçaçılıq məktəblərinin nümunələri ilə yanaşı, Qarabağ xalçalarının təqdimi bölgənin əzəli Azərbaycan torpağı olduğu barədə ziyarətçilərə mühüm mesaj rolunu oynayıb.
Həmçinin 2011-ci il aprelin 19-dan 29-dək UNESCO-nun mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilib. Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə keçirilən və Azərbaycan xalçaçılıq sənətinin təbliği baxımından əlamətdar hadisə olan bu sərgidə milli xalçaçılıq məktəbimizin bütün zənginliyi əksini tapıb.
2012-ci il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Fransada açılan Azərbaycan Mədəniyyət Mərkəzində yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatları sərgilənib, buranı ziyarət edənlər Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə məlumatlandırılıblar.
2014-cü il mayın 28-də Strasburqda, Avropa Şurasının mənzil-iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində keçirilən sərgidə milli geyimlərimiz, qədim misgərlik nümunələrimiz, milli musiqi alətlərimiz ilə yanaşı, Azərbaycan xalçaçılıq məktəbinin zəngin nümunələri, qədim xalça və xalça məmulatlarının geniş çeşidi nümayiş etdirilib.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə Avropanın onlarla şəhərində keçirilən mədəni tədbirlərdə Azərbaycan xalçaçılıq sənəti də layiqincə təbliğ və təmsil olunur. Bütün bunlar Azərbaycan xalçaçılıq sənətinə marağın artmasına və dünyada öz mədəniyyəti ilə tanınan ölkəmizin özünəməxsus imicinin möhkəmləndirilməsinə xidmət edir.
Xalçaçılıq sahəsində sahibkarlığın inkişafı
Dövlətin qayğısı və Heydər Əliyev Fondunun dəstəyi ilə bərabər, xalçaçılıq sahəsində özəl biznesin inkişafı da müşahidə olunmaqdadır. Sahibkarların bu sahəyə maraq göstərməsi xalçaçılığın inkişafına əlavə imkanlar yaradır. Həmçinin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun göstərdiyi yardımdan xalçaçılıq məhsullarının istehsalı və satışı ilə məşğul olan orta və kiçik biznes obyektləri və iş adamları da yararlanırlar. Xalçaların istehsalı və satışı ilə məşğul olan şirkətlərin artması bu qədim mədəniyyət növünün gələcək nəslə ötürülməsinə mühüm töhfədir.
Azərbaycan dövlətinin mədəniyyət sahəsi ilə bağlı siyasətində xalçaçılığa verdiyi önəm və diqqət sahibkarları bu sahədə fəaliyyətlərini genişləndirməyə həvəsləndirir. Belə şirkətlərdən biri olan və 1994-cü ildən Bakıda fəaliyyətə başlayan “Azər-İlmə” Azərbaycan xalçaçılıq sənəti ənənələrini yaşadaraq dünyada təbliğinə çalışır. Xalça istehsalının bütün sahələrini özündə birləşdirən istehsal və elm mərkəzi funksiyasını yerinə yetirən şirkətdə xalçaçı rəssamlar, sənətşünaslar, xalça mütəxəssisləri və xalçatoxuyanlar çalışırlar. Müəssisədə qədim ənənələr, çeşnilər əsasında yeni xalçalar istehsal edilir, iplərin əyrilməsi, təbii rənglərlə boyanması, xalçaların toxunması, yuyulması kimi proseslər ənənəvi qaydalara uyğun həyata keçirilir.
Xalqımızın qürur mənbəyi olan, nəsillərdən-nəsillərə yadigar qalan xalçaçılıq sənəti, həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. Cənubi Afrikadan Amerikaya, Türkiyədən Yaponiyaya, İsveçdən Kanadaya qədər dünyanın 40-dan çox ölkəsində şirkətin istehsalı olan xalçalar şəxsi və muzey kolleksiyalarına daxil edilib. Həmçinin 10 beynəlxalq sərgidə nümayiş etdirilən “Azər-İlmə”nin məhsulları dəfələrlə sertifikatlara, ali mükafatlara layiq görülüblər. “Azər-İlmə”də toxunulan Azərbaycan xalçaları 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover şəhərlərində, 2003-cü ildə isə Moskvada keçirilmiş satış-sərgilərdə iştirak edib. İngiltərədə dərc olunan “Halı” jurnalının demək olar ki, hər sayında “Azər-İlmə”nin məhsulları təqdim edilir. Bu tədbirlər Azərbaycan xalçalarının dünyadakı şöhrətinin artmasına töhfədir.
Həmçinin qədim ənənələrə malik Azərbaycan xalçaçılıq sənətinin qorunması və inkişaf etdirilməsi məqsədi ilə “Azər-İlmə”nin nəzdində “Xalçaçılıq Tədris Mərkəzi” yaradılıb. 7-16 yaş arasında uşaq və yeniyetmələrin təhsil aldığı mərkəzdə gənc xalçaçıların hazırlığı həyata keçirilir.
Müəssisə xalçaçılar nəsli yetişdirməklə bərabər, ölkənin müxtəlif bölgələrində fərdi şəkildə bu sənətlə məşğul olan peşəkar xalçaçıları da əməkdaşlığa cəlb edir, bölgələrdə olan emalatxanalarla müqavilə əsasında işləyir.
Fəaliyyətini elmi təməl üzərində quran “Azər-İlmə” hazırda “Azərbaycan xalçaları bütün məktəbləri ilə” adlı layihə həyata keçirməkdədir. Layihənin nəticələri Azərbaycan xalçaçılığının bütün məktəblərini ehtiva edən fundamental nəşrlərdə öz əksini tapır. Layihə çərçivəsində Azərbaycanın bütün xalça qruplarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız, türk, ivrit, ərəb dillərində broşürlər, “Azərbaycan xalçaları: Qarabağ qrupu”, “Azərbaycan xalçaları: İrəvan qrupu”, “Azərbaycan xalçaları: Təbriz qrupu” və s. kimi kitablar geniş oxucu auditoriyasına çatdırılıb. Şirkətin rəsmi açıqlamasına əsasən, məqsəd Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixinə müasir dövrün tələbləri baxımından bir daha nəzər salmaq, qaranlıq məqamları araşdırmaq, onun dünya mədəniyyətindəki mövqeyini möhkəmləndirməyə yardımçı olmaqdır.
“Azər-İlmə”nin nəzdində həm də “Azərbaycan xalçaları” adlı elmi-publisistik jurnal fəaliyyət göstərir. Jurnalın ilk sayı 2011-ci ildə nəşr olunub. İlk sayından etibarən Azərbaycanın mədəniyyətini, xalqımızın dərin köklərlə tarixə bağlı milli mədəni, mənəvi irsini təbliğ etmək, dünya ictimaiyyətinin diqqətinə çatdırmaq missiyasını həyata keçirən jurnalda Azərbaycan xalçaçılığının tarixi nailiyyətlərinə dair məqalələr dərc edilir, onun istər ölkə daxilində, istərsə də dünyada yayılmasının təbliği təşkil olunur. Jurnal Azərbaycan, rus, ingilis dillərində nəşr edilir. Bundan başqa, şirkət “Azərbaycan xalça məktəbləri” adlı elmi-bədii televiziya layihəsi gerçəkləşdirməyə başlayıb. Bu layihə çərçivəsində bütövlükdə Azərbaycan xalçalarına və hər bir xalça məktəbinə xüsusi telefilmlər həsr edilir. Onların əhəmiyyəti nəzərə alınaraq, mətnin ingilis və rus dillərinə tərcüməsi ilə xüsusi versiyasının (disklərinin) hazırlanması da təşkil edilir. Bu layihədən ilk telefilm Azərbaycan xalçalarının İrəvan qrupuna həsr edilib. Layihə “Azərbaycan xalçaları: Qarabağ qrupu”, “Azərbaycan xalçaları: Qazax-Borçalı” kimi filmlərlə davam etdirilib. Hazırda digər xalça qrupları haqqında telefilmlərin çəkilişi davam edir. Qeyd edim ki, telefilmlərin diskləri “Azərbaycan xalçaları” jurnalına əlavə olunur. Görülən işlər Azərbaycan xalçaçılıq sənətinin günümüzdə də inkişaf etməsinə və gələcək nəsillərə ötürülməsinə, həmçinin Azərbaycan xalqının dünyada özünəməxsus mədəniyyəti ilə seçilməsinə və tanınmasına dəyərli töhfədir.
Beləliklə, bu gün Azərbaycan xalçaçılıq sənətinin qorunması və yaşadılmasında həm xalqımızın bu sənətə verdiyi qiymət, həm də dövlətin və qeyri-hökumət təşkilatı olaraq Heydər Əliyev Fondunun dəstəyi, eləcə də ayrı-ayrı sahibkarlıq subyektlərinin fəaliyyəti öz funksiyasını yerinə yetirir.
Aqşin ŞAHİNOĞLU,
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01

