Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDU-da akademik Bəhram Əsgərovun barelyefi açılıb

BDU-da akademik Bəhram Əsgərovun barelyefi açılıb

06.10.2015 [10:11]

Bakı Dövlət Universitetində (BDU) akademik, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi Bəhram Əsgərovun 1971-ci ildə yaratdığı və ömrünün sonuna qədər rəhbərlik etdiyi “Bərk cisimlər fizikası” kafedrasının önündə görkəmli alimin anadan olmasının 82-ci ildönümü münasibətilə barelyefi açılıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Bəhram Əsgərovun mənalı həyat yolu və elmi fəaliyyətindən danışıb. Bildirib ki, B.Əsgərovun əsərləri, elmi araşdırmaları daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunub.
Tədbirdə akademik Bəhram Əsgərovun ailə üzvləri, universitet rəhbərliyi, fizika fakültəsinin professor-müəllim heyəti və “Tovuz” Xeyriyyə Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Ailə adından çıxış edən akademikin oğlu Firuz Əsgərov universitet rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Paylaş:
Baxılıb: 615 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30