Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Müstəqil Azərbaycan və dövlət qadın siyasəti

Müstəqil Azərbaycan və dövlət qadın siyasəti

15.10.2015 [10:10]

Qusar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqil Azərbaycan və dövlət qadın siyasəti” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru, YAP rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Neva Abdurəhmanova açıb və ölkəmizin müstəqilliyinin əldə olunmasının xalqımızın ən böyük arzusunun reallaşması olduğunu bildirib.
Natiq əldə olunmuş müstəqilliyin qorunması üçün Ümummilli lider Heydər Əliyevin qətiyyətli fəaliyyətini qeyd edib.
Sonra konfransda çıxış edən Qusar rayon İcra Hakimiyyətinin başçısının müavini Zoya Eldarova, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Qlıçova, YAP Siyasi Şurasının üzvü, partiyanın Qusar rayon təşkilatının sədri David İbramxəlilov tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib və müstəqil Azərbaycanda dövlət qadın siyasətindən söz açıblar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında seçilən fəal qadınlar fəxri fərmanlarla təltif olunublar.
Tədbirin sonunda rayon qadınlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Paylaş:
Baxılıb: 639 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30