/ / Nərimanov rayonunda seçkilər demokratik şəraitdə - qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib
Nərimanov rayonunda seçkilər demokratik şəraitdə - qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib
02.11.2015 [11:32]
V çağırış Milli Məclisə seçkilər Bakı şəhəri Nərimanov rayonunda da yüksək seçici fəallığı ilə müşayiət olunub. 19 saylı Nərimanov birinci Seçki Dairəsinin 3 saylı Məntəqə Seçki Komissiyasının sədri Şakir Quliyev deyib ki, məntəqə üzrə 1318 seçici qeydiyyatdadır. Onun sözlərinə görə, səhər saatlarından seçki məntəqələrinə gələn seçicilər öz səsvermə hüquqlarından sərbəst surətdə - qanunlara müvafiq olaraq istifadə ediblər.
Seçicilərin fəallığının müşahidə edildiyi 19 saylı Nərimanov birinci Seçki Dairəsinin 1 saylı Məntəqə Seçki Komissiyasının sədri Rüstəm Rüstəmov deyib ki, məntəqə üzrə ümumilikdə 1409 seçici qeydiyyatdadır. O qeyd edib ki, ümumiyyətlə, seçicilərin seçkilərə marağı yüksək olub.
Eyni aktivlik digər məntəqələrdə də müşahidə edilib. Məsələn, 1411 seçicinin qeydiyyatda olduğu 19 saylı Nərimaov birinci Seçki Dairəsinin 1 saylı Məntəqə Seçki Komissiyasının sədri Səyyad Əkbərovun sözlərinə görə, seçicilər yüksək fəallıqla məntəqəyə gələrək öz seçimlərini ediblər.
Həmin darənin 28 saylı Məntəqə Seçki Komissiyasının sədri Ayaz Məmmədov isə deyib ki, ümumilikdə, 1309 seçicinin qeydiyyatda olduğu məntəqədə proses qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib.
Yeri gəlmişkən, seçkilərin demokratik şəraitdə, qanunvericiliyin tələbinə uyğun şəkildə keçirildiyini yerli müşahidəçilər də təsdiqləyiblər. Məsələn, 28 saylı Məntəqə Seçki Komissiyasında yerli müşahidəçilər Elşən Xudaverdiyev və Çinar Məsimov prosesə hər hansı kənar müdaxilənin olmadığını, seçki prosesinin seçicilərin yüksək fəallığı ilə müşayiət olunduğunu deyiblər.
19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə 2 saylı Seçki Məntəqəsindən müşahidəçi Dilbər Rzayeva da prosesdən razılığını ifadə edib: “Heç bir qanun pozuntusu qeydə alınmayıb. Bütün seçicilər üçün sərbəst səsvermə şəraiti yaradılıb”, - deyə o bildirib.
19 saylı Nərimaov birinci Seçki Dairəsinin 10 saylı Məntəqə Seçki Komissiyasının sədri Fikrət Ağayev isə bildirib ki, məntəqə üzrə 1318 seçici qeydiyyatdadır. Seçici fəallığının müşahidə edildiyini vurğulayan məntəqə sədri əlavə edib ki, seçki prosesi demokratik və beynəlxalq standartlara müvafiq surətdə baş tutub.
Həmin dairənin 3 saylı Məntəqə Seçki Komissiyasında bitərəf müşahidəçi Elbrus Edilov, Rəsul Rəhmanov və namizəd Arif Quliyevin təmsilçisi Mais Babayev deyiblər ki, səsvermə demokratik prinsiplərə uyğun keçirilir və hər hansı qanun pozuntusuna rast gəlinməyib.
3 saylı Məntəqə Seçki Komissiyasında müşahidəçilər - Yeni Azərbaycan Partiyasından müşahidəçi Dürdanə Məmmədova və bitərəf Natiq Həsənli isə müşahidəçilərə yaradılan əlverişli şəraitdən bəhs edərək səsvermənin mövcud qanunvericiliyə uyğun keçdiyini bildiriblər. Onlar seçki prosesinin gedişindən razı qaldıqlarını, neqativ hala rast gəlmədiklərini deyiblər.
Öz səsvermə hüquqlarından istifadə edən seçicilər - Elnur Məmmədli, Kənan Qubadzadə, Çinar Məsimov, Fəxrəddin Əliyev və başqaları yaradılmış şəraiti yüksək qiymətləndirib və hər hansı qanun pozuntusu ilə rastlaşmadıqlarını qeyd ediblər.
Bununla yanaşı, seçkiləri izləyən beynəlxalq müşahidəçilər də səsvermənin gedişindən razı qaldıqlarını və seçkilərin mövcud qanunvericiliyə müvafiq surətdə keçirildiyini bildiriblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

