“Heydər Əliyev və Azərbaycan tarixi” adlı II ümumrespublika bilik yarışı keçiriləcək
04.11.2015 [09:42]
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı II ümumrespublika bilik yarışı keçiriləcək.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği məqsədi daşıyır.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Hər ali məktəbdən bir komanda olmaqla, yarışda ümumilikdə 46 komanda mübarizə aparacaq. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olacaq.
Yarış 3 turdan ibarət olacaq və hər turda 12 sual səsləndiriləcək. Suallar Ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik, Dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər, siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərlə bağlı mövzuları əhatə edəcək. Qalib komandalar turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyənləşdiriləcək. İlk üç yeri tutan komandalar mükafatlandırılacaq.
Məlumatda qeyd edilir ki, yarış ərəfəsində hazırlıq məqsədi ilə bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunur. Tələbələr bu ziyarətlər zamanı Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olur, Ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edir, foto və video ilə yanaşı, digər zəngin arxiv materialları əsasında araşdırma aparırlar.
Xatıqladaq ki, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda birinci ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 12-də keçirilib. Birinci bilik yarışında Bakı Slavyan Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universitetinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərin qalibi seçilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39

