Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli həmrəylik Vətənin maraqlarından doğan zərurətdir

Milli həmrəylik Vətənin maraqlarından doğan zərurətdir

07.01.2016 [10:16]

Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşdirilməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi meydana çıxdı. Müstəqilliyə yeni qədəm qoymuş dövlətdə bu mühüm vəzifənin yerinə yetirilməsi bir sıra ideoloji, siyasi, sosial-iqtisadi məsələlərin həlli ilə bağlı idi. Milli potensialın dünya miqyasında səfərbər edilərək vahid məqsədə yönəldilməsi məhz dövlətçiliyin qorunmasına və inkişafına əsaslı zəmin olduğundan ölkəmizdə qısa müddətdə diaspor quruculuğu sahəsində mühüm işlər görülmüşdür. Dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması, lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 1993-cü ildə tarixi zərurət və xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin ictimai həyatının bütün sahələrində, o cümlədən dünya azərbaycanlıları ilə əməkdaşlıq istiqamətində keyfiyyət və mahiyyətcə yeni mərhələ başlandı. Ulu öndər çoxşaxəli fəaliyyətində daha bir tarixi missiyanı - dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını öz üzərinə götürmüş və böyük uğurla həyata keçirmişdir. Onun müdrik siyasəti nəticəsində dünya azərbaycanlıları ilə iş dövlət əhəmiyyətli strateji məsələyə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin xarici səfərlərinin proqramına azərbaycanlılarla görüşlərin daxil edilməsi, diaspor quruculuğu sahəsində mühüm qərarların qəbulu və onların icrası dünya azərbaycanlılarının mütəşəkkilliyini, siyasi-mənəvi inteqrasiyasını, ən nəhayət, təşkilatlanmasını sürətləndirmişdir. Ulu öndərin uğurlu daxili və xarici siyasətinin doğurduğu reallıqlar Azərbaycan diasporunun formalaşması prosesinə əlavə təkan vermişdir. Həmvətənlərimizin milli-mənəvi birliyində önəmli hadisə olan görüşlər, Ulu öndərimizin hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətləri, bu münasibətlə respublikamızda və xaricdə keçirilən tədbirlər prioritet məsələnin həllində - diasporumuzun mütəşəkkil qüvvə kimi formalaşmasında, lobbiçilik fəaliyyətinin istiqamət və perspektivinin müəyyənləşməsində həlledici amillərdən olmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması məqsədilə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2001-ci il noyabr ayının 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ulu öndər Heydər Əliyev qurultaydakı nitqində demişdir: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik...”
Azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünya azərbaycanlılarının milli-mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən qəbul olunmuşdur. Bu məfkurənin daşıyıcısı olan azərbaycanlıların harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, tarixi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun təəssübünü çəkir, nüfuzunu uca tutur. Fəxrlə demək olar ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi prosesi başlanmışdır. Vurğulamaq lazımdır ki, Dünya Azərbaycanlılarının Bakıda keçirilən I, II və III qurultaylarından sonra diaspor quruculuğu sahəsində mühüm irəliləyişə nail olunmuş, dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan xalqının ideoloji bütövlüyünə, milli birliyini təmin edən amilə çevrilmiş, müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və birliklərin vahid ideya ətrafında birləşməsi təmin olunmuşdur. Bu strategiya bundan sonra da davam etdiriləcəkdir. Hazırda dünyanın əksər ölkələrində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanması prosesi uğurla davam edir. Azərbaycanlıların milli-mənəvi özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığının qorunub saxlanması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir və bu sahədə ölkəmizdə təqdirəlayiq işlər həyata keçirilir. Bu bayram günündə fəxrlə qeyd etmək olar ki, dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev diaspor quruculuğunun yeni mərhələyə qədəm qoymasından söhbət açaraq demişdir: “Bu gün xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələnin yaşandığını deyə bilərik. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsi, onun regionda lider dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun artması ilə, digər tərəfdən isə xaricdə yaşayan azərbaycanlılarla işin keyfiyyətcə yeni məzmun kəsb etməsi, qarşıya yeni vəzifələr qoyulması ilə əlaqədardır”.
Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət diaspor quruculuğu işinin daha da təkmilləşdirilməsini, dünya azərbaycanlıları arasında ideya birliyinin möhkəmləndirilməsini özündə ehtiva edir.
Etibar ABDULLAYEV

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30