Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Neftqazelmitədqiqatlayihə” İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

20.01.2016 [10:01]

Dünən SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov bildirib ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur: “Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkildi. Oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucaldılar”.
Tədbirdə çıxış edən institutun əməkdaşları Elçin Kazımov, Pərvanə Mollayeva və Bəhruz Məmmədov bildiriblər ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət vermək yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxardı.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, zaman hadisələrə dəyər vermək baxımından yaddaşdır. İllər ötdükcə baş verən hadisənin mahiyyəti daha aydın şəkildə nəzərə çarpır.
V.Rəhimzadə diqqətə çatdırıb ki, həmin qanlı hadisələrin səhəri günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən Ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan etdi, qanlı faciələri pislədi, bunu insanlığa qarşı törədilmiş cinayət adlandırdı: “Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verildi. Belə ki, Ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdur. Milli Məclis həmin il martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etmişdir”.
Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədiliyi uğrunda xilaskarlıq missiyasını yerinə yetirərək uğurlu siyasəti ilə dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltdi. Faktların dili ilə əsl həqiqət beynəlxalq ictimaiyyətə açıqlandı: “Son on iki ildə bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır”.
V.Rəhimzadə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliği istiqamətində gördükləri işlərdən də geniş bəhs edib. Bildirib ki, Azərbaycan dövlətinin real faktlara əsaslanan təbliğatı diplomatik mübarizədə dövlətimizin qələbəsini şərtləndirir. İşğal altında olan torpaqlarımızın azad olunacağı, şəhid ruhlarının rahatlıq tapacağı gün uzaqda deyil.

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30