Milli Kitabxanada “Multikulturalizmin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib
16.04.2016 [10:52]
Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Multikulturalizmin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri giriş sözü ilə açaraq xatırladıb ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bununla bağlı ölkədə silsilə tədbirlər keçirilir. T.Kərimov bildirib ki, bu gün multikulturalizm qloballaşan dünyada ən aktual mövzudur. Ölkəmizdə tolerantlıq, milli azlıqlara hörmətlə yanaşılması əsrlər boyu müşahidə olunub.
Kitabın elmi redaktoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev qeyd edib ki, təqdimatına toplaşdığımız kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu kitabda klassik ədəbiyyatımız tamamilə yeni rakursda təqdim olunub. Tolerantlıq və multikulturalizm həmişə xalqımıza xas olub, bu ideyalar bütün ədəbiyyatımıza hopub.
K.Abdullayev bildirib ki, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları”, “Azərbaycan multikulturalizminin siyasi və hüququ qaynaqları” kitabları nəşrə hazırlanır.
O, hazırda dünyanın 13 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu xatırladıb, bu mövzunun xaricdə populyarlaşdırılması ilə bağlı gələcək planlardan söz açıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Multikulturalizm ili” çərçivəsində nəşr edilən kitabın əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, ölkə rəhbərliyinin bu sahədəki siyasəti təqdir edilib və beynəlxalq təşkilatların dəstəyini qazanıb. Məsələn, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Bakıda keçiriləcək.
Türkiyənin Ərdəğan Universitetinin rektoru Ramazan Korkmaz, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov və başqaları yeni kitabın əhəmiyyəti haqqında danışıblar.
Təqdimatdan sonra iştirakçılar “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

