ADU-da “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda dəyirmi masa keçirilib
20.04.2016 [10:16]
Dünən Azərbaycan Dillər Universitetində (ADU) universitetin İctimaiyyətlə əlaqələr Departamentinin və Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, dövlət orqanlarının nümayəndələri, ölkənin aparıcı KİV rəhbərləri və nümayəndələri, tanınmış media mütəxəssisləri, dövlət orqanlarının və ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətlərinin rəhbərləri, ADU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Öncə çıxış edən ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Şəfaqət Kazımova ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin yarandığı gündən mütəmadi olaraq Azərbaycanın xaricidilli KİV-inin problemləri, perspektivləri, durumu barədə Mətbuat Şurası ilə birgə əməkdaşlığı çərçivəsində tədbirlər təşkil etdiyini bildirib, ənənəyə sadiq qalaraq keçirilən dəyirmi masanın da bu qəbildən olduğunu qeyd edib və dəyirmi masanın Departamentlə Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin birgə təşkilatçılığı ilə baş tutduğunu bildirib.
Qonaqları yenidən ADU-da görməkdən şad olduğunu söyləyən universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov belə bir tədbirin Dillər Universitetində təşkil edilməsini sevindirici hal kimi qiymətləndirib. O, universitetin həmişə KİV nümayəndələrinin, media mənsublarının üzünə açıq olduğunu deyərək, qış imtahan sessiyası zamanı təhsil müəssisəsinin ayrı-ayrı fakültələrində iki dəfə böyük mediatur keçirildiyini xatırladıb. Hazırda universitetdə 22 xarici dilin tədris olunduğunu söyləyən professor, 2012-2013-cü tədris ilindən ADU-da fəaliyyətə başlayan Filologiya və jurnalistika fakültəsinin nəzdində ayrıca bir jurnalistika bölməsinin də olduğunu diqqətə çatdırıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışıb. Azərbaycan mətbuatının tarixindən söz açan Ə.Amaşov ilk milli mətbuatımızın yaranmasının “Əkinçi” qəzetinin adı ilə bağlı olduğunu qeyd edib. O, Azərbaycan mətbuatının çoxdilli olduğunu, XX əsrin əvvəllərində ölkədə rus, gürcü, fars və s. dillərdə qəzetlərin dərc edildiyini söyləyib. Azərbaycanda fəaliyyət göstərən aparıcı informasiya agentliklərinin bir neçə dildə məlumat yayımladığını deyən Ə.Amaşov, eyni zamanda, ölkəmizdə xaricidilli mətbu orqanların da nəşr olunduğunu bildirib. O, aprelin əvvəllərində cəbhə xəttində baş verən erməni təxribatının dünya ictimaiyyətinə təhrif olunmuş formada çatdırılmasının qarşısının məhz ölkəmizin xaricidilli mətbuatının səyi nəticəsində alındığını vurğulayıb.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbirin çox maraqlı və aktual məsələyə həsr olunduğunu söyləyib. O, media ilə pedaqoji fəaliyyətin maarifləndirmə baxımından eyni məqsədə xidmət etdiyini deyib. Hikmət Babaoğlu dəyirmi masanın aktuallığından danışaraq qlobal informasiya məkanında xəbərin yerindən, o cümlədən Azərbaycanın milli maraqlarına xidmət edən məlumatın müxtəlif dillərdə yayılmasının vacibliyindən danışıb, konfransın işini yüksək qiymətləndirib.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə lazımi və məqamında təşkil olunan tədbirin keçirilməsinin Azərbaycanda eyni sahədə görülən işlərə stimul verdiyini deyib. O, jurnalistika ixtisaslarında qabiliyyət imtahanlarının tətbiq edilməsinin müsbət və mənfi cəhətlərindən danışıb, alternativlər səsləndirib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyran Əmiraslanova Azərbaycana qarşı təşkil olunan “qara piar”, onun qarşısının alınması, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşması istiqamətində jurnalistikanın üzərinə düşən vəzifələrdən danışıb. PA rəsmisi həm sosial şəbəkələrin, həm də KİV-lərin bu sahədə daha da aktivlik göstərməli olduğunu vurğulayıb. Azərbaycanda “twitter” istifadə edənlərin az olduğunu bildirən C.Əmiraslanova buna maraq göstərməyin vacibliyini deyib. O, Azərbaycanın haqlı olan mövqeyini sosial şəbəkələrdə, həmçinin KİV-lərdə düzgün formatda təqdim olunmasının vacibliyini qeyd edib.
Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin təsisçisi və baş redaktoru Zeynab Kazımova “Azərbaycanın xaricidilli mediası beynəlxalq təbliğat və informasiya məkanında” adlı məruzə ilə çıxış edib.
Ötən il bəzi xarici media qurumlarının Avropa Oyunları zamanı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ilə siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə cəhd olunduğunu deyən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Azərbaycan mediasının onlara tutarlı və layiqli cavab verdiyini söyləyib.
Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elçin Sərdarov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, jurnalist Murad Hüseynov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, modern.az saytının rəhbəri Elşad Eyvazlı, CBC televiziya kanalının Azərbaycan bölməsi üzrə “Xəbərlər” Departamentinin baş redaktoru Səadət Məmmədova, trend.az saytının baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Elçin Hüseynov və digərləri bu cür tədbirlərin əhəmiyyətini bildirib və mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21

