BANM-də “Formula-1” yarışları haqqında təqdimat keçirilib
14.05.2016 [09:52]
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ali məktəbin tələbələri üçün “Avropa Qran Pri - Bakı” “Formula-1” yarışları haqqında təqdimat keçirilib.
BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı qonaqları salamlayaraq Azərbaycanın son illər bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etməsini ölkəmizin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsi yolunda atılan addım kimi dəyərləndirib.
Tədbirdə Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə, Perspektiv inkişaf və layihələrin monitorinqi qrupunun aparıcı məsləhətçisi Almaz Axundova və “Formula-1” yarışlarının Bakı Fan Klubunun rəhbəri, “f-1.az” saytının qurucusu Rəhim Əliyev iştirak ediblər.
“Formula-1” yarışlarının Bakı Fan Klubunun rəhbəri Rəhim Əliyev Azərbaycanda “Bakı Avropa Qran Prisi” (Formula-1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula-1” yarışları haqqında ətraflı məlumat verib. O, 21 ölkənin ev sahibliyi etdiyi “Formula-1” yarışları içərisində sayca 8-ci Qran Pri olan “Bakı Avropa Qran Prisi”-nin öz unikallığı ilə seçiləcəyini deyib. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək və paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edərək, televiziya izləyiciləri üçün gözəl mənzərə açacağını bildirib. “Formula-1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı olduğunu və yarış müddətində “Formula-1” fanatlarının diqqətinin Bakıya yönələcəyini bildirən R.Əliyev Azərbaycan paytaxtının dünyanın diqqət mərkəzində olacağını vurğulayıb.
Sonra “Bakı Avropa Qran Prisi” (Formula-1) yarışları haqqında videoçarxlar nümayiş edilib. Sonda Rəhim Əliyev tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, 17-19 iyun tarixlərində Azərbaycan “Avropa Qran Pri Bakı” (Formula 1, Grand Prix of Europe) yarışlarına ev sahibliyi edəcək.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

