Bir qrup veteran cəbhə bölgəsinə səfər edib
21.05.2016 [10:34]
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev və müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani görüşlər zamanı qeyd edib ki, nazirliyin qeyri-hökumət, xüsusilə də veteran təşkilatları ilə əlaqələri gündən-günə genişlənir. Birgə keçirilən tədbirlər əsgər və zabitlərin, xüsusi təyinatlı hərbi təhsil müəssisələri kursantlarının mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
İstefada olan general-mayor Dadaş Rzayev cari ilin aprelində dördgünlük döyüşlər zamanı hərbçilərimizin erməni silahlı təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və igidliklərdən danışıb, bir çox əhəmiyyətli yüksəkliklərin azad edilməsindən xalqımız kimi veteranların da qürur duyduğunu və fərəh hissi keçirdiklərini bildirib.
O, fəxrlə əsgər və zabitlərin nəzərinə çatdırıb ki, mayın 9-da faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan anma mərasimində, veteranlarla görüşdə də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Ordumuzun aprel ayında qələbəsini xüsusilə qeyd edib. İstefada olan general bütün xalqımız kimi veteranlarımızın da yaşlarının ixtiyar çağlarında Qarabağ uğrunda döyüşlərə atılmağa hazır olduqlarını diqqətə çatdırıb. D.Rzayev gənclərin vətənpərvərlik tərbiyəsində, onların orduya hazırlanmasında bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğulayıb.
Respublika Veteranlar Təşkilatının sədri əminliklə bildirib ki, işğal altındakı ərazilərimiz müdrik və qətiyyətli sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə istər sülh yolu, istərsə də hərbi yol ilə tezliklə azad ediləcək və əzəli torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq.
Ehtiyatda olan polkovnik C.Xəlilov çıxış edərək Veteranlar Şurasının Rəyasət Heyətinin bu günlərdə geniş iclas keçirdiyini və aprel döyüşlərində xüsusilə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması haqqında qərar qəbul etdiyini bildirib.
Cəbhə bölgəsindəki bütün hərbi hissələri təmsil edən, döyüşlərdə şəxsi şücaət və rəşadət nümunələri göstərən bir qrup hərbi qulluqçu təşkilatın təsis etdiyi və ilk nümunələrinin dövlətimizin başçısına təqdim olunduğu “General Səməd bəy Mehmandarov”, “General Əliağa Şıxlinski”, “General Cəmşid Naxçıvanski”, “General Həzi Aslanov” yubiley medalları, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Veteranlar Şurasına bu tədbirə görə minnətdarlığını bildirən birlik komandiri, general-mayor Hikmət Həsənov bu diqqət və qayğıya cavab olaraq döyüşçülərimizin bundan sonra da Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanacaqlarını, düşmənin istənilən təxribatlarının qarşısını mərdliklə alacaqlarını xüsusi qeyd edib.
Sonra zabitlərlə keçirilən müşavirədə veteranlar döyüş təcrübələri barədə onlara dəyərli məsləhətlərini veriblər.
Sonda qonaqlar əsgərlər üçün yaradılan xidmət şəraiti ilə tanış olublar. Veteranlar burada yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

