“İki sahil” - 25
14.07.2016 [10:04]
Müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olmuş “İki sahil” qəzetinin yaranmasının 25-ci ildönümü tamam olur. Fəaliyyətinin ilk dövrlərində çox gərgin ictimai-siyasi proseslərə və üzləşdiyi çətinliklərə baxmayaraq, “İki sahil” qəzeti jurnalistikanın əsas prinsiplərinə əməl edərək, cəmiyyətə həqiqətlərin çatdırılmasında, ictimai rəyin düzgün əsaslarda formalaşmasında, Azərbaycan xalqının dövlətçilik maraqlarının qorunmasında və Ulu öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Şübhəsiz, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı qəzetin tarixində keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Həmin dövrdən etibarən Heydər Əliyev ideyalarının təbliği, hüquqi - demokratik dövlət quruculuğu yönümündə reallaşdırılan inamlı layihələr və həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələrinin ictimaiyyətə çatdırılması “İki sahil”in fəaliyyətinin əsas qayəsini təşkil etmiş və qəzet bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi və Azərbaycan dövlətinin yüksək inkişafına xidmət edən siyasətin uğurlarının təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir.
Hər zaman öz dəst-xətti, mövqeyi ilə seçilən “İki sahil” qəzeti ötən illərdə çox böyük nailiyyətlər qazanmış, milli mətbuat nümunələri sırasında layiqli yer tuta bilmişdir. “İki sahil” qəzeti, eyni zamanda, Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında, ictimai münasibətlərdə obyektivliyin və şəffaflığın ortaya qoyulmasında da xüsusi xidməti olan bir qəzetdir. Ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirən “İki sahil” qəzeti bu keyfiyyətləri ilə ətrafında çox geniş oxucu auditoriyası toplamağa nail olmuşdur.
“İki sahil” qəzetinin Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrdən biri də, şübhəsiz ki, milli mətbuatımıza qazandırdığı çoxlu sayda istedadlı, tanınmış imzalardır. Qəzetin kollektivinin dəfələrlə nüfuzlu mükafatlara layiq görülməsi deyilənlərin ən bariz ifadəsi sayıla bilər.
Biz də “Yeni Azərbaycan”çılar olaraq “İki sahil” qəzetinin fəaliyyətə başlamasının 25-ci ildönümü münasibətilə qəzetin baş redaktoru Vüqar Rəhimzadəni, qəzetin kollektivini və çoxminli oxucu auditoriyasını təbrik edirik.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21

