Azərbaycanda struktur islahatları uğurla davam edir
26.11.2016 [09:32]
Dövlət başçısının Fərmanına əsasən mərkəzi icra hakimiyyəti orqanı və bu orqanın statusuna bərabər sayılan bir sıra dövlət qurumlarının əsasında publik hüquqi şəxslər yaradılacaq
Vüqar Bayramov: Publik hüquqi şəxsə çevrilmələri imkan verəcək ki, həmin qurumlar fəaliyyətlərini genişləndirə bilsinlər
Məlum olduğu kimi, ölkəmizdə mütəmadi surətdə həyata keçirilən institusional islahatlar yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Bu islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan idarəetmə sisteminin tamlığını təmin edib. Onu da xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2016-cı ili islahatlar ili kimi səciyyələndirib və bu islahatlar bütün sahələri əhatə edir. Bu baxımdan, struktur islahatları da böyük önəm kəsb edir. Qeyd edək ki, indiyədək bir sıra idarəetmə orqanlarında struktur islahatları həyata keçirilib. Hazırda bu proses davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman da struktur islahatlarının davamı kimi səciyyələndirilməlidir. Belə ki, Fərmana əsasən mərkəzi icra hakimiyyəti orqanı və bu orqanın statusuna bərabər sayılan bir sıra dövlət qurumlarının əsasında publik hüquqi şəxslər yaradılacaq.
Məlum olduğu kimi, ötən il Milli Məclis tərəfindən “Publik hüquqi şəxslər haqqında” qanun qəbul olunub. Qeyd edək ki, publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs isə dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Belə bir qanunun qəbul edilməsində də məqsəd publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən etməkdir. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Artıq bir sıra publik hüquqi şəxslər yaradılıb.
Dövlət başçısının sözügedən Fərmanını şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, dövlət qurumlarının publik hüquqi şəxsə çevrilməsi Azərbaycanda həyata keçirilən struktur islahatlarının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Azərbaycanda postneft dövründə həyata keçirilən islahatlar, o cümlədən strukturun təkmilləşdirilməsini və qərarların qəbulunun çevikliyini də özündə ehtiva edir: “Ölkə Prezidentinin iqtisadi islahatlarla bağlı siyasi iradəsi ondan ibarətdir ki, mövcud struktur təkmilləşərək yeni dövrün çağırışlarına uyğun olmalıdır. Təbii ki, bu kontekstdə publik hüquqi şəxslərin yaradılması struktur islahatları çərçivəsində həyata keçirilən addımdır. Bu da imkan verir ki, dövlət idarəetmə strukturunun təkmilləşdirilməsində daha çevik qərarların qəbul edilməsinə şərait yaradılsın”.
Ekspertin fikrincə, bu baxımdan ölkə Prezidentinin sözügedən Fərmanı böyük əhəmiyyət kəsb edir. V.Bayramovun sözlərinə görə, Fərmanın ən böyük üstünlüyi ondan ibarətdir ki, müasir standartlara uyğun idarəetmə strukturları yaradılacaq. Fərmanda adı çəkilən dövlət qurumlarının publik hüquqi şəxsə çevrilməsi qərarların qəbul edilməsi prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradacaq. “Digər tərəfdən, cənab Prezidentin həmin Fərmanı əsasında həyata keçiriləcək bu islahat dövlət büdcəsində vəsaitlərə qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir. Əvvəla, dövlət orqanları olaraq bu qurumlar indiyə qədər yalnız dövlət büdcəsindən maliyyələşirdilər. Amma bu islahatlar imkan verəcək ki, büdcənin həmin qurumların saxlanmasına ayırdığı vəsaitə qənaət etmək mümkün olsun. Həm də publik hüquqi şəxsə çevrilmələri imkan verəcək ki, həmin qurumlar fəaliyyətlərini genişləndirə bilsinlər. Çünki “Publik hüquqi şəxslər” haqqında qanuna əsasən publik hüquqi şəxslər büdcədənkənar maliyyə vəsaitlərini cəlb etmək imkanına malikdirlər. Deməli, publik hüquqi şəxsə çevrilməklə həmin təşkilatlar yeni xidmətlər təklif edə biləcəklər. Bununla da onlar əlavə maliyyə mənbələri əldə edəcəklər. Bütün bunlar həmçinin həmin təşkilatların fəaliyyətində səmərəliliyin də artmasına səbəb olacaq. Həmçinin bu islahatlar nəticəsində vətəndaşlar publik hüquqi şəxslərin yaradılmasından faydalana biləcəklər. Fayda odur ki, qeyd etdiyim kimi, publik hüquqi şəxslər yeni xidmətlər təklif edə biləcəklər. Yeni xidmətlərin təklif edilməsi vətəndaşların bu xidmətlərdən faydalanması deməkdir. Artıq büdcədənkənar maliyyə mənbələri bu qurumların maliyyələşməsində mühüm rol oynadığına görə onlar xidmətin keyfiyyətini artıracaq, vətəndaşlara keyfiyyətli, şəffaf xidmət göstərəcəklər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

