Bütün dünyada ürək xəstəlikləri 10-15 il cavanlaşıb
24.01.2017 [10:00]
Nuranə Əliyeva: Bu gün respublikada ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi ən müasir standartlara cavab verir
Mütəxəssislərin fikrincə, ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə durur. Bəs dünyada geniş yayılmış bu xəstəliyin yaranma riskini azaltmaq üçün nə etməliyik? Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardioloqlar Cəmiyyətinin üzvü, həkim-kardioloq Nuranə Əliyeva ilə söhbətimizdə məhz bu və digər suallara cavab almağa çalışdıq.
- Nuranə həkim, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hər il açıqladığı hesabatlarda böyüklər və uşaqlar arasında ən çox yayılan xəstəliklərin statistikası verilir. Məhz bu hesabatlara əsasən deyə bilərik ki, son illərin göstəricilərinə görə, həm böyüklər, həm də uşaqlar arasında ürək-damar xəstəliklərinin sayı getdikcə artmaqdadır. Bəs ölkəmizdə vəziyyət necədir?
- Son 50-60 ildə inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda ürək-damar sistemi xəstəlikləri geniş yayılıb. Lakin ölkəmizdə tibbin inkişafı, bu sahəyə göstərilən diqqət və qayğı gələcəyə nikbin baxmağa əsas verir. Daha dəqiq desək, bu gün respublikada ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi ən müasir standartlara cavab verir. Bununla yanaşı, bu xəstəliklərin geniş yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər görülür, insanların, ümumiyyətlə, cəmiyyətin maarifləndirilməsi istiqamətində mühüm addımlar atılır.
- Ümumiyyətlə, ürək-damar sistemi xəstəliklərinin yaranmasında daha çox hansı faktorlar üstünlük təşkil edir?
- Ürək-damar xəstəliklərində əsas risk faktoru arterial hipertenziyadır. Öncə xəstəliyin profilaktikası aparılmalı, əgər effektiv nəticə verməsə, müalicəyə keçilməlidir. İkinci böyük risk faktoru maddələr mübadiləsinin pozulmasıdır. Bu da düzgün qidalanmamaqdan irəli gəlir. Bu sahədə də profilaktika düzgün aparılmalıdır.
- Bəs ürək-damar xəstəliklərinin cavanlaşmasının əsas səbəbləri nədir?
- Son zamanlar bütün dünyada ürək xəstəlikləri 10-15 il cavanlaşıb. 1960-1980-ci illərdə 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdusa, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir. İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir. Ümumilikdə, infarktın baş verməsi hallarına daha çox kişilər arasında təsadüf olunur. Lakin infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir. Bu xəstəliyin cavanlaşmasının ən mühüm səbəblərindən biri piylənmə-metabolik sindromla bağlıdır. Bunun da qarşısını uşaq yaşlarından almaq lazımdır. Kompüterlə işləmə, fiziki aktivliyin azalması, psixoloji gərginliyin artması, normal qidalanmamaq bu xəstəliklərin artmasına səbəb olur. Normal qidalanmaya əməl etmək üçün mümkün qədər yağlı, qızardılmış qidalardan, heyvan mənşəli yağlardan, qırmızı ətdən, un və un məmulatlarından, şəkərli qidalardan uzaq durmalı, quş və balıq ətindən isə daha çox istifadə etməliyik. Amma sadəcə doğru qidalanmaqla iş bitmir. Biz aktiv həyat tərzinə keçməliyik. Xüsusilə də, aktiv hərəkət idman zalında idman olmaya bilər. Qaçmaq, yürüş etmək, rəqs etmək - bunların hamısı ürək sağlamlığı cəhətdən eyni nəticəyə gətirib çıxarır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31

