Memarlıq və İnşaat Universiteti ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb
09.11.2017 [01:34]
Noyabrın 8-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova təhsilin inkişafının dövlətin təhsil siyasətinin prioriteti olduğunu vurğulayıb. O, “AzerGold” QSC ilə əməkdaşlığın hər iki tərəfə böyük xeyir verəcəyinə ümidvar olduğunu bildirib, bunun həm universitet, həm də tələbələr üçün böyük əhəmiyyət daşıdığını deyib. Bildirib ki, bu əməkdaşlıq tələbələrin nəzəri biliklərinin praktikada möhkəmlənməsinə, eyni zamanda, onların karyera qurmaq istiqamətində axtarışlarına təkan verəcək.
“AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov vurğulayıb ki, ölkəmizin ali təhsil müəssisələri içərisində müasir baxışları və tədrisin keyfiyyəti ilə seçilən AzMİU ilə əməkdaşlıqda maraqlıdırlar. O qeyd edib ki, bu əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran fəaliyyətin yaradılmasıdır.
Qeyd olunub ki, bu əməkdaşlıq ölkəmizdə dağ-mədən hasilatı sahəsinin inkişafına müsbət təsir göstərəcək. Razılaşmaya əsasən, universitet “AzerGold” QSC üçün mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərəcək. Bunun üçün universitetin təhsil prosesinə QSC mütəxəssislərinin cəlb edilməsi, birgə simpozium və konfransların təşkili, müvafiq ixtisas üzrə təhsil alan 2-ci və 4-cü kurs tələbələrinin “yay məktəbi” proqramı çərçivəsində “AzerGold” QSC-də təlimlər keçməsi və s. nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

