Şabran rayonunun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb
07.12.2017 [09:48]
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Şabran rayonunda həyata keçirilən layihə uğurla icra olunub. Layihə çərçivəsində rayonun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb. Bu münasibətlə Şabran rayonunun Sincanboyad kəndində keçirilən açılış mərasimində Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, Şabran şəhərində əhalinin içməli su ilə bağlı problemləri həllini tapıb, kəndlərdə su layihələrinin icrası mərhələlərlə davam etdirilir. Sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq son illər bu sahədə görülmüş işlər barədə məlumat verib. R.Sadıqov bildirib ki, digər rayonlarda olduğu kimi Şabranda da su təchizatı layihəsi qısa müddətdə icra edilib.
Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını uzaq məsafələrdə yerləşən bulaqlardan daşımaqla ödəyirdilər. Bu da əhalinin su təminatında ciddi çətinliklərə səbəb olurdu. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Şabran rayonunda icra olunan layihə 5 yaşayış məntəqəsini - Ağbaş, Uzunboyad, Söhbətli, Dağbilici və Sincanboyad kəndlərini əhatə edir. Ağbaş, Uzunboyad, Söhbətli və Sincanboyad kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi II Bakı Su Kəməri seçilib. Dağbilici kəndinin su təchizatı subartezian quyusu hesabına aparılacaq. Artıq Ağbaş, Uzunboyad, Söhbətli və Sincanboyad kəndlərində layihənin icrası yekunlaşıb. Dağbilici kəndində artezian quyusu qazılıb və nasos stansiyasının tikintisi davam etdirilir. Yaxın günlərdə işlər tam başa çatdırılacaq. Şabran rayonunda icra olunan layihədən 5 kəndin 5400 sakini faydalanacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49

