/ / “Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib
“Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib
23.12.2017 [09:48]
Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, ictimai-siyasi dövlət xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan “Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda akademik Həsən Əliyevin məzarını zıyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov tədbirin Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Böyük alimin elmi fəaliyyətindən söz açan Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb və inkişaf edib. Unudulmaz alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yaranması və inkişafında, çoxsaylı milli elmi kadrların yetişməsində də akademik Həsən Əliyevin misilsiz xidmətləri olub. Məhz onun gərgin əməyinin və elmi fəaliyyətinin nəticəsində respublikamızda torpaqşünaslıq, təbiətin mühafizəsi sahəsində xeyli iş görülüb. Apardığı tədqiqatların, elmi araşdırmaların müsbət nəticələri bu gün də ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrində hiss olunmaqdadır. Akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq kimi həm Azərbaycanda, həm də dünya miqyasında tanınıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafında akademik Həsən Əliyevin əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, respublikanın hər bölgəsini qarış-qarış gəzən görkəmli alim Vətənə, torpağa, xalqa bağlı insan olub. Mərhum akademik ömrünü Azərbaycan elminin inkişafına, əsasən təbiətin, ətraf mühitin qorunmasına həsr edib.
Akademik Həsən Əliyevin yüksək mənəvi keyfiyyətlərindən söz açan F.Heydərov onu vətənpərvər insan kimi xarakterizə edib, alimlə bağlı xatirələrini bölüşüb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, təbiət vurğunu Həsən Əliyevin elmi yaradıcılığı müasir dövrdə dünyanın ən mühüm qlobal məsələsi olan təbiətin bütövlüyünün qorunmasına və bioloji müxtəlifliyin mühafizə olunmasına həsr edilib. O, insan müdaxiləsi nəticəsində təbiətdə baş verən mənfi prosesləri müəyyən edib, onların qarşısının alınması üçün təxirəsalınmaz təbirlərin görülməsi məqsədilə həyəcanını bəyan edib. Alimin “Həyəcan təbili” kitabında bu məsələlər geniş şərh edilib. Ölkəmizin ərazisini qarış-qarış gəzib onun təbiətini mükəmməl öyrənən akademik bu kitabında təbiətin əsas sərvətləri olan torpaq, meşə, su və təbii qoruqlar barədə öz narahatlığını bildirib, təbiətə ziyan vurmağın fəlakətli nəticələri barədə həyəcanla söhbət açıb.
E.İbrahimov qeyd edib ki, “meşələrimizi sərvətimiz, varlığımız və məişətimizin bir hissəsi” adlandıran alim təbiət aşiqi idi. O, tez-tez rayonlara gedir, meşələri gəzir və meşə sahələrinin genişləndirilməsinin vacibliyini hər zaman ön plana çəkirdi.
“Akademik Həsən Əliyevin zəngin elmi yaradıcılıq yolu” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov görkəmli alimin təbiətşünaslıq elmində, eləcə də ətraf mühitin mühafizəsi sahəsində xidmətlərindən danışıb. Görkəmli alimin 1953-cü ildə rus dilində işıq üzü görmüş “Azərbaycan SSR-in torpaqları” monoqrafiyasının əsas müəlliflərindən və məsul redaktorlarından biri olduğunu deyən Q.Məmmədov bildirib ki, kitabda respublikada torpaq əmələgəlmə şəraiti dərindən təhlil edilib, ilk dəfə bütün toksonomik torpaq vahidlərinin hərtərəfli elmi təhlili verilib.
Bildirilib ki, Həsən Əliyev bir sıra qurumlara rəhbərlik etdiyi müddətdə ciddi ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmi potensialından da səmərəli istifadə edib, tədqiqatlarını uğurla həyata keçirib. Torpaqşünaslıq elminin elmi-nəzəri və təcrübi problemlərini incəliklərinə kimi bilən alim torpaq coğrafiyasını torpaqşünaslığın ən mühüm sahəsi kimi qiymətləndirib.
Sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Akademik Həsən Əliyevlə bağlı xatirələr” mövzusunda məruzə ilə çıxış edib. O, Həsən Əliyevin vətənpərvər, qayğıkeş, həssas bir alim olduğunu, hər zaman insanlara təbiətə sevgi hissləri aşıladığını söyləyib.
Milli Məclisin deputatı Musa Quliyev, akademik Məhərrəm Babayev, AMEA Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev, Bakı Dövlət Universitetinin coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov və digər çıxış edənlər ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü vəziyyətinin müəyyənləşməsində akademik Həsən Əliyevin müstəsna xidmətlərini qeyd edib, alimlə bağlı xatirələrini bölüşüblər.
Çıxışlarda görkəmli alimin Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinə sədrliyi xüsusi qeyd olunub. Vurğulanıb ki, o zaman Azərbaycanda bu sahədə aidiyyəti dövlət qurumunun fəaliyyət göstərməsinə baxmayaraq, bölgələrdə cəmiyyəti daha çox tanıyırdılar, təşkilatın çağırışlarına əməl edirdilər. 1972-ci ildə Xəzər dənizinin açıq hissəsində tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz rəsədxanasının yaradılması və 25 il fəaliyyət göstərməsi akademik Həsən Əliyevin xidmətlərinin nəticəsidir.
Qeyd olunub ki, aydın təfəkkürə, geniş dünyagörüşə malik vətənpərvər insan və böyük alim Həsən Əliyevin xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Mərhum akademikin oğlu, Əməkdar Memar Rasim Əliyev konfransın təşkilinə görə ailəsi adından AMEA-nın rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Konfrans işini “Ümumi torpaqşünaslıq”, “Torpaqların aqroekoloji problemləri, səmərəli istifadəsi, kadastrı və qiymətləndirilməsi”, “Aqrokimya və torpaq münbitliyi”, “Torpaqların meliorasiyası, rekultivasiyasi, mühafizəsi və eroziyası” və digər bölmə iclaslarında davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06

