Türk Dünyası İşlətmə fakültəsində 20 Yanvar faciəsi qurbanları yad olunub
15.01.2018 [15:02]
Türk Dünyası İşlətmə fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəallarının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Sonra çıxış edən fakültənin dekanı Ferruh Tuzcuoğlu 20 Yanvar faciəsi haqqında məlumat verib, sovet qoşunlarının Bakıda törətdiyi qətliamdan bəhs edib. 20 Yanvarın Türk dünyası tarixinə qanla yazılmış şərəfli, qəhrəmanlıq salnaməsi olduğunu deyən Ferruh Tuzcuoğlu bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini qeyd edib.
Sonra çıxış edən TUMİB sədri Çingiz Bayramov deyib ki, 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz azadlığa gedən yolumuzda ilk cığırlar açdılar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.
20 Yanvar faciəsinin canlı şahidi olan fakültənin dekan müavini Cəvahir Məmmədova həmin günlə bağlı kədərli xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Natiq həmçinin 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək doğma xalqı ilə bir yerdə olduğunu və faciəyə siyasi qiymət verdiyini xatırladıb. Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl addımların atıldığını deyən Cəvahir Məmmədova bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.
Fakültənin I kurs tələbəsi Əhməd Abdullayev isə 20 Yanvar faciəsinin, eyni zamanda, Azərbaycan gəncliyinin qəhrəmanlıq salnaməsi kimi tarixə düşdüyünü bildirib.
Sonda çıxış edən fakültənin baş müəllimi Nəriman Xanəhmədov deyib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib: "Düz 28 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar".
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

