Azərbaycan Respublikası ötən 26 ildə çox böyük nailiyyətlər qazanıb
18.01.2018 [10:06]
Şübhəsiz, 26 il dövlətçilik baxımından elə də böyük zaman kəsiyi deyil. Lakin müstəqil Azərbaycan Respublikası ötən 26 ildə bir çox dövlətlərin neçə onilliklərlə keçdiyi inkişaf yolunu qət edib, çox böyük nailiyyətlər qazanmağa müvəffəq olub. Əlbəttə, müstəqil Azərbaycanın qısa müddətdə böyük uğurlara sahib olmasının təməlində Ümummilli lider Heydər Əliyev amili və Onun Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətləri dayanır. Məhz Ulu öndərin əvəzsiz xidmətləri nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən, sabit və təhlükəsiz bir dövlətə çevrilib.
Ümummilli liderin parlaq ideyaları indi də mütəqil respublikamızın mayakı rolunu oynayır. Bu günümüzdə dövlətimizi inkişaf etdirən, onu qoruyan, çətinliklərinin öhdəsindən əzmlə gələn Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevdir. Cənab İlham Əliyev ölkənin Prezidenti kimi fəaliyyətə başlayanda bəyan etmişdi ki, Onun üçün əsas vəzifə Ulu öndərin siyasətini, müəyyənləşdirdiyi yolu davam etdirmək olacaq. Çünki Ulu öndərin yolu Azərbaycanın nicat və tərəqqi yoludur. Prezident İlham Əliyevin Ulu öndərin siyasətini davam etdirməsi və meydana çıxan yeni çağırışlara uyğun şəkildə daha da zənginləşdirməsi, müxtəlif istiqamətləri əhatə edən islahatlara geniş meydan verməsi sayəsində bu gün Azərbaycan müstəqillik yolu ilə inamla irəliləyərək özünün potensialını ilbəil artırır. İlham Əliyevin siyasəti praqmatik və xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçımız zamanın nəbzini məharətlə tutur və apardığı məqsədyönlü siyasətində cəmiyyətin sosial sifarişlərinə, sırf milli maraqlara əsaslanır. Ölkəmiz Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində bütün sahələrdə real müstəqilliyə nail olmaq yolu tutub. Dövlət başçısının belə qətiyyətli mövqeyinin nəticəsidir ki, respublikamızın iqtisadi müstəqilliyi tam təmin olunub, ölkəmiz heç bir dövlətdən asılı deyildir. Son 14 ildə dünya miqyasında Azərbaycan kimi dinamik iqtisadi inkişafa nail olan ölkələrin sayı çox azdır. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız üç dəfədən çox genişlənib, ölkənin starteji valyuta ehtiyatları artaraq 42 milyard dollara çatıb. Hazırda Azərbaycan bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib.
Ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan regional və qlobal əhəmiyyətli nəqliyyat, enerji layihələri Azərbaycanın beynəlxalq nüfuzuna da müsbət təsir göstərib. Özünün enerji müstəqilliyini təmin edən respublikamız hazırda Avropanın da enerji təhlükəsizliyində mühüm rol oynayır. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair yeni müqavilənin imzalanması, “Cənub Qaz Dəhlizi”nin uğurlu icrası heç şübhəsiz ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə inkişaf edib, öz uğurları, əldə etdiyi nailiyyətlər hesabına dünya ölkələri arasında layiqincə tanınıb. Bu gün bu qədər inkişaf etmiş, uğur qazanmış bir ölkəni necə sevməmək, qorumamaq olar? Hər bir ölkə vətəndaşı öz ölkəsini sevməlidir. Bunun üçün Azərbaycanın dünənini bu günü ilə müqayisə etməli, onun haqqında hər bir şeyi dərindən öyrənməliyik. Nəticədə, bütün bu müsbət dəyişikliklərin sahidi olduqdan sonra ölkəmizi sevmək üçün səbəb axtarmayacağıq. Əlbəttə, ölkənin, dövlətimizin uğurlarını görməmək, dünənki Azərbaycanla, bugünkü Azərbaycanı müqayisə etməmək mümkünsüzdür. Bunu görməzdən gəlmək nadanlıqdır.
Bu gün hər bir azərbaycanlı ölkəsini sevməli, ölkədə baş verən prosesləri yaxından izləməli, aparılan uğurlu siyasətə dəstək verməlidir. Azərbaycan bizim anamızdır və ölkəmizi-anamızı sevmək bizim borcumuzdur.
Aygün Osmanova
Yeni Azərbaycan Partiyasının
üzvü, Xaçmaz rayonu, Müqtədir
qəsəbə tam orta məktəbinin
Azərbaycan dili müəlliməsi
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

