Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətləri mövcuddur
26.01.2018 [10:15]
Səudiyyə Ərəbistanının göndərdiyi 37 min kiloqramdan çox qurban əti məcburi köçkün ailələrinə paylanılıb
Yanvarın 25-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi tərəfindən məcburi köçkün ailələrinə qurban əti paylanılıb.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığı Füzuli, Biləsuvar, Beyləqan və İmişli rayonlarında məskunlaşmış məcburi köçkünlərə əvvəlki illərdə olduğu kimi, “Qurban əti istifadəsi” layihəsi çərçivəsində 37 min 300 kiloqram qurban əti göndərib. İslam İnkişaf Bankının xətti ilə çatdırılan yardım Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təhvil verilib.
Bununla bağlı keçirilən tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin, İslam İnkişaf Bankının, Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri və məcburi köçkünlər iştirak ediblər.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bütün sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulayıb.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirinin müavini Əbdüləziz Haşim bildirib ki, iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Xalqlarımızın dini və mədəni bağlılığı, beynəlxalq aləmdə mövqelərimizin üst-üstə düşməsi ölkələrimizi bir-birinə yaxınlaşdıran mühüm amillərdəndir.
Qeyd edilib ki, hər iki dövlətin rəhbərləri səviyyəsində olan səmimi və yüksək etibara söykənən münasibətlər qarşılıqlı əməkdaşlığın yüksək templərlə genişlənməsi üçün əsas yaradıb.
Sonra qurban əti məcburi köçkünlərə paylanılıb.
Qeyd edək ki, bu layihə Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində aztəminatlı və ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirilir. Krallıq ən böyük donor ölkə hesab olunur. Ayrılan yardımların ümumdaxili məhsuldakı faiz nisbətinə görə Səudiyyə Ərəbistanı dünyada lider ölkədir. Bu yardımlar ölkə ÜDM-in 1,5 faizini təşkil edir. Bundan əlavə, Krallıq humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə də dünya dövlətləri sırasında öncül yer tutur. Krallığın son otuz il ərzində ayırdığı yardım, kredit və dotasiyaların həcmi 100 milyard dollara çatıb. Bu yardımlardan dünyanın 75 dövləti faydalanıb ki, onların da əksəriyyəti müsəlman ölkələridir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

