Türk Standartları İnstitutunun nümayəndə heyəti BANM-də monitorinq aparıb
27.01.2018 [10:23]
Səlim Çələbi: Bakı Ali Neft Məktəbi beynəlxalq standartları öz fəaliyyətində uğurla tətbiq edir
Türk Standartları İnstitutunun (TSİ) nümayəndə heyəti Bakı Ali Neft Məktəbinin (BANM) fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu qiymətləndirmək məqsədilə yanvarın 23-dən 26-dək monitorinq aparıb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, TSİ-nin nümayəndələri ISO 9001-2015 və ISO 14001-2015 standartlarının yeni versiyasına keçidlə, o cümlədən OHSAS 18001 beynəlxalq standartının yenidən sertifikatlaşdırılması ilə əlaqədar audit prosesini həyata keçiriblər.
Audit prosesinin yekun tədbirində BANM-in rektoru Elmar Qasımov, TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu, TSİ-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi, maliyyə üzrə baş menecer Namiq Həsənov, baş mütəxəssis Xatirə Salahova iştirak ediblər.
Elmar Qasımov bildirib ki, BANM indiyə kimi TSİ-nin ISO 9001 “Keyfiyyət idarəetmə sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 “Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” sertifikatlarını əldə edib və həmin standartların tələblərini müvafiq qaydada yerinə yetirir. Rektor bu kimi sertifikatların BANM-in fəaliyyətinin yüksək səviyyədə təşkilinin göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, məhz bu sertifikatlar ali məktəbin nüfuzuna böyük təsir edir və onun beynəlxalq arenada daha layiqli təmsil oluna bilməsinə şərait yaradır.
“Bakı Ali Neft Məktəbi beynəlxalq standartları öz fəaliyyətində uğurla tətbiq edir. Mən bu münasibətlə, başda rektor Elmar Qasımov olmaqla, ali məktəbin kollektivini təbrik edirəm”, - deyə TSİ-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi bildirib. BANM-in beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayan Səlim Çələbi təmsil etdiyi qurumun ali məktəblə əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib. O, BANM-in fəaliyyətinin inkişafında TSİ-nin hər cür kömək etməyə hazır olduğunu bildirib.
TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu BANM-in fəaliyyətinin həyata keçirilməsi prosesinin standartlara tam uyğun təşkil olunduğunu bildirib. O, ali məktəbin qısa müddətdə fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil olunmasını yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

