“PR və media dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib
27.01.2018 [10:40]
Yanvarın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyinin birgə təşəbbüsü ilə “PR və media dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Azərbaycan qanunvericiliyində cəmiyyətin informasiya təminatı ilə əlaqədar xüsusi müddəaların yer aldığını bildirib. O deyib ki, mətbuat xidmətləri, ilk növbədə, bu tələbə həssas yanaşmalıdırlar. Qeyd edilib ki, düzgün PR yalnız hansısa qurumun işinin çatdırılması deyil, ən əsası, ictimaiyyətin həmin qurumun timsalında dövlətin, ayrı-ayrı strukturların yeritdiyi kursa inam və etimadının qazandırılması məsələsidir. Bu isə bütövlükdə cəmiyyətin mənafeləri baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası” İctimai Birliyinin sədri İlham Məmmədov yeni təsis edilmiş təşkilatın məqsədindən və gələcək planlarından danışıb. O bildirib ki, birliyin yaradılmasında əsas məqsəd ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaqdır. İ.Məmmədov assosiasiyanın ölkədə PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsinə kömək edəcəyini söyləyib.
Tədbirdə digər çıxış edənlər PR-ın rolundan danışaraq özəl və dövlət təşkilatlarını təmsil edən mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr təmsilçiləri və media arasında olan münasibətdən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıblar.
Görüşdə, həmçinin 2018-ci ilin aprel ayında Bakı birinci PR Mütəxəssisləri Forumunun keçiriləcəyi diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58

