Şəki-Zaqatala bölgəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar uğurla başa çatıb
22.02.2018 [09:51]
Demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu hüquqların içərisində seçki hüququ xüsusi yer tutur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər fevralın 21-də 112 saylı Qax seçki dairəsində dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursun sonuncu gününün tədris məşğələsində səsləndirilib.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən bu kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyıb.
Seminarda dairə seçki komissiyasının sədri Abdukərim Əliyev çıxış edərək, təlimlərə dairənin tərkibinə daxil olan 58 seçki məntəqəsinin, həmçinin məcburi köçkün rayonlarının Qax rayonu ərazisində fəaliyyət göstərən seçki məntəqələrinin sədrlərinin, dairə seçki komissiyasının üzvlərinin cəlb edildiyini diqqətə çatdırıb.
Rayon məhkəməsinin sədri Malik Qarayev “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçkidə iştirak hüququnun qorunması mexanizmləri”, rayon polis şöbəsinin xidmət üzrə rəis müavini Eldəniz Kazımov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşları Afiq Alıyev və Bəxtiyar Ağalarov iştirakçılara seçki prosesinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri, seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri və digər məsələlər barədə geniş məlumat veriblər. Bildirilib ki, MSK Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edir.
Seçki hüququ üzrə üç günlük ixtisaslaşmış kurslar bölgənin digər seçki dairələrində də uğurla başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

