Artıq beynəlxalq ictimaiyyət Xocalı faciəsi ilə bağlı daha çox məlumatlıdır
24.02.2018 [09:42]
Veteranlarımız gənclərin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılmasına xüsusi diqqət göstərirlər
Xocalı faciəsi XX əsrin ən qanlı soyqırımlarından biridir. Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə dinc əhaliyə qarşı törətdiyi qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb. Yalnız bir gecədə Xocalı şəhəri Yer üzündən silinib. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fevralın 23-də Respublika Veteranlar Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə keçirilən anım tədbirində səsləndirilib.
Respublika Veteranlar Təşkilatının əməkdaşları, İkinci Dünya, Qarabağ müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edərək, “Ana harayı” abidəsi önünə tər çiçəklər düzüblər.
Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov tədbirdə çıxış edərək Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş faciələrin ən dəhşətlisi olduğunu bildirib. Qeyd edib ki, erməni vandallarının törətdikləri soyqırımı dünya tarixində ən amansız qətliamlardan hesab olunur. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoyub. Bu isə əsl faşizm və cinayət əlamətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi olan Xocalı soyqırımı ilə Azərbaycan xalqına vurulan mənəvi və psixoloji zərbənin ağırlığını bu gün də hər birimiz dərindən hiss edirik. Bu qətliamın dəhşətləri hər bir azərbaycanlının qəlbini sızladır.
Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri xüsusi vurğulamaq lazımdır. Məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb.
Diqqətə çatdırılıb ki, artıq beynəlxalq ictimaiyyət Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır. Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılması erməni faşizminin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir. Bununla Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsi təmin olunub. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu işə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız dəstək olmalı, Xocalı harayına öz səsini verməlidirlər.
C.Xəlilov vurğulayıb ki, Respublika Veteranlar Təşkilatının üzvləri gənclərlə görüşlərində onlara Xocalı soyqırımı, eləcə də Qarabağ müharibəsi ilə bağlı həqiqətləri çatdırırlar. Məqsəd gənclərin milli vətənpərvərlik ruhunda yetişməsi, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olmalarıdır. Ötən ilin aprelində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlar Silahlı Qüvvələrimizin bu şərəfli missiyanı həyata keçirməyə hazır olduğunu sübuta yetirib. Veteranların cəbhə xəttində əsgərlərlə görüşlərdə təcrübələrini bölüşməsi aprel döyüşlərində qələbənin qazanılmasına öz töhfəsini verib. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi torpaqlarımızın erməni işğalından azad ediləcəyinə inamımızı daha da artırır.
Tədbirdə çıxış edən digər şəxslər də Xocalı soyqırımının bəşəriyyət tarixində ən böyük faciələrdən biri olduğunu söyləyib, ermənilərin Xocalıda törətdikləri dəhşətli vəhşiliklərdən və qanlı cinayətlərdən danışıblar. Natiqlər Xocalı soyqırımına dünya ölkələri tərəfindən lazımi qiymətin verilməsi, beynəlxalq ictimaiyyətin faciə barədə daha geniş məlumatlandırılması işində hər bir azərbaycanlının fəal iştirakının vacibliyini qeyd ediblər. Ermənilərin törətdikləri bu faciənin heç zaman unudulmayacağı tədbirdə xüsusi vurğulanıb. Çıxışlarda Xocalının və işğal altındakı digər torpaqlarımızın azad ediləcəyinə, hərbi, iqtisadi, siyasi cəhətdən güclü dövlət olan Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına qəti inam ifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

