/ / Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı törədilmiş qətliam deyil, insanlığa qarşı törədilmiş bir cinayətdir
Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı törədilmiş qətliam deyil, insanlığa qarşı törədilmiş bir cinayətdir
24.02.2018 [09:45]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib
Fevralın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov “dəyirmi masa”da çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın tarixində qanlı hadisə baş verib. Erməni caniləri əli silahsız əhaliyə qarşı qəddarlıqla, vəhşiliklə soyqırımı aktı həyata keçiriblər. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı törədilmiş bir qətliam deyil, insanlığa qarşı törədilmiş bir cinayətdir. Bu faciə nəticəsində 613 nəfər həyatını itirib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir düşüb, onlarla ailə başsız qalıb. Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində Xocalı soyqırımını tanıyan dövlətlərin sayı ildən-ilə artır.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirib. O deyib ki, Xocalı soyqırımı erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən məqsədyönlü qətliam idi. Ermənilər SSRİ-nin dağılmasından istifadə edərək Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər. Bunun nəticəsində Dağlıq Qarabağ münaqişəsi başladı. Bu münaqişənin ən qanlı səhifələrindən biri məhz Xocalı soyqırımıdır. Xocalı soyqırımı Azərbaycanın tarixinə qan izi ilə yazılıb, biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın indiki prezidenti Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş prezident Robert Köçəryan Xocalı soyqırımının törədilməsində çox fəal olublar.
Şöbə müdiri qeyd edib ki, 2008-ci ilin mayından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası keçirilir. Kampaniyanın əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu sahədə böyük işlər görülür. Artıq bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatı Xocalıda törədilən qırğını soyqırımı kimi tanıyıb. Bir sözlə, bu kampaniya Azərbaycanın haqq səsini dünyaya çatdırmağa böyük imkan verir.
BBMM-in müşaviri Aytən Qəhrəmanova deyib ki, Xocalı soyqırımı tariximizin dəhşətli səhifəsidir. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının onilliyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində bildirib: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
A.Qəhrəmanova bildirib ki, 100 ildən çoxdur xalqımız erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. 1905-1906-cı illərdə Zəngəzur, Şuşa, Gəncə quberniyalarında, Cəbrayılda soyqırımları törədilib. Minlərlə insan həlak olub, on minlərlə insan qaçqın düşüb, onların evləri yandırılıb. Bütün bunlar planlı şəkildə, etnik təmizləmə məqsədilə həyata keçirilirdi. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində mədəniyyət nümunələrini, tarixi, dini abidələri, məzarlıqları dağıdıblar. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəri mədəniyyətə qarşı böyük cinayətdir.
Azərbaycan Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev Xocalı soyqırımı nəticəsində uşaqlar, qadınlar, yaşlılar daxil olmaqla 613 azərbaycanlının amansızlıqla qətlə yetirildiyini söyləyib. Günahsız, silahsız insanların qətlə yetirilməsi onların məhz azərbaycanlı, müsəlman olmaları ilə bağlı idi. Erməni faşistləri bu vəhşiliklər qarşısında cavab verəcəklər. Şəhidlərimizin qanı yerdə qalmayacaq.
Alban-udi xristian dini icmasının sədri Robert Mobili Xocalı soyqırımının Azərbaycanda yaşayan bütün xalqların, dinlərin nümayəndələrinin faciəsi olduğunu deyib. Bu faciəyə beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayan dini icma sədri ermənilərin yüz ildən çoxdur ki, Azərbaycan torpaqlarında soyqırımları törətdiyini, tarixi alban abidələrini də məhv etdiklərini dilə gətirib. O vurğulayıb ki, Xocalı soyqırımı heç vaxt yaddan çıxmayacaq və tezliklə torpaqlarımız geri qaytarılacaq.
“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev, Xocalı sakinləri Xəlil Vəliyev, Mürvət Məmmədov, Surxay Quliyev erməni qəsbkarlarının törətdikləri insanlığa sığmayan əməllərdən, amansız işgəncələrdən danışıblar. Onlar bu faciənin heç zaman unudulmayacağını deyiblər.
Çıxış edənlər Xocalı qətliamının geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük əməyinin olduğunu qeyd ediblər. Onlar Xocalı həqiqətlərinin dünyaya yayılmasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının gördüyü işlərin əhəmiyyətini vurğulayıblar. Vurğulanıb ki, Xocalı faciəsi xalqımızın qan yaddaşıdır. İllər ötəcək, nəsillər dəyişəcək, lakin Vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaq. Biz doğma torpaqlarımıza, dədə-baba yurdumuza tezliklə qayıdacağıq.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

