Xaçmaz şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşır
03.03.2018 [01:01]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Martın 1-də Xaçmaz şəhərində layihənin icra vəziyyəti və görülmüş işlərin müzakirəsi ilə bağlı geniş iclas keçirilib. Tədbirdə “Azərsu” ASC-nin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, podrat və məsləhətçi şirkətlərin mütəxəssisləri iştirak ediblər. “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin yaxın vaxtlarda tam başa çatdırılacağını bildirib. Sədr müavini layihənin vaxtında və keyfiyyətlə icra olunması üçün bütün qüvvələrin səfərbər olunduğunu, tikinti işlərinin başa çatdığı ərazilərdə asfaltlanma işlərinin aparıldığını diqqətə çatdırıb.
Podrat şirkətin nümayəndələri layihənin gedişi və görülmüş işlərlə bağlı ətraflı məlumat veriblər. Tədbirdə qeyd olunub ki, həyata keçirilən içməli su və kanalizasiya layihəsi Xaçmaz şəhərinin sosial-iqtisadi inkişafına, əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına töhfələr verəcək.
Qeyd edək ki, Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2012-ci ildə başlanılmış layihənin birinci mərhələsində şəhərin əsas su mənbəyi sayılan Uçqun bulağı bərpa olunub, 2 km magistral, 1,6 km anbarlararası su xətləri çəkilib, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilib.
Layihənin növbəti mərhələsində Xaçmaz şəhərində 148 km içməli su və 137 km kanalizasiya şəbəkəsi inşa edilib, 10688 ünvana ev birləşməsi verilib. Artıq abonentlərin 90 faizi su sayğacları ilə təmin olunub və həmin istehlakçılar yeni şəbəkə vasitəsilə fasiləsiz rejimdə içməli su ilə təmin olunurlar. Hazırda sayğacların quraşdırılması işləri ilə yanaşı, məhsuldarlığı sutkada 630 kubmetr olan su nasos stansiyasında son tamamlama işləri aparılır. Layihə çərçivəsində Xaçmaz Sukanal Sahəsi üçün yeni inzibati bina da tikilib. Hazırda binanın lazımi inventar və avadanlıqlarla təchizatı işləri aparılır. Layihə üzrə tikinti-quraşdırma işləri bu ay tam yekunlaşacaq.
Şəhərdə yaranan tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq məhsuldarlığı 70 min kubmetr olacaq təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır. Bu qurğuya Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları yönəldiləcəkdir. Hazırda qurğunun tikintisi üzrə tender prosesi davam edir.
Layihə çərçivəsində gələcəkdə rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərinə suyun verilməsi ilə 11 min nəfərin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Xaçmaz şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri 1950-70-ci illərdə mərhələlərlə yaradılıb. Şəhərə içməli su Uçqun və Çaxçaxlı bulaqlarından verilirdi. Şəhərdə 75 km içməli su şəbəkəsi mövcud olub və istismara yararsız vəziyyətə düşüb. “Azərsu” ASC şəhərin 41 min sakinindən 40 faizinə xidmət göstərirdi. İçməli su fasiləli rejimdə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Xaçmaz şəhərində mövcud olmuş 18 km kanalizasiya şəbəkəsi şəhərin kiçik hissəsini əhatə edirdi və istismara yararsız vəziyyətə düşüb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

