/ / AMEA-da “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilir
AMEA-da “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilir
08.03.2018 [08:52]
Martın 7-də Bakıda Heydər Əliyev Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunmuş qonaqlar iştirak edirlər.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra qonaqlar simpozium çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan sərgi ilə tanış olublar.
Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə muğam festivalının əhəmiyyətindən danışıb, bu ənənəvi tədbirin ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Bildirilib ki, muğam İslam coğrafiyasındakı xalqların milli mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayıb. Əsrlərboyu nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır. Dövlət səviyyəsində mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verir.
Festival çərçivəsində keçirilən simpoziumun işinə uğurlar arzulayan A.Əlizadə tədbirin AMEA-nın həyatında əlamətdar hadisə olduğunu deyib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın ölkəmizdə ənənəyə çevrilmiş böyük musiqi tədbirlərindən olduğunu deyib. Nazir xalqımızın muğam sənətinə hörmət və sevgisindən, muğam sənətinin formalaşma mərhələlərindən, eləcə də milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışıb. O, qarşıdakı muğam həftəsi çərçivəsində bir çox maraqlı tədbirlərin təşkil olunacağını deyib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə bildirib ki, xalq musiqisi sənətinin inkişafı üçün dəyərli layihə olan muğam festivalı xalq yaradıcılığına böyük diqqət və qayğının göstəricisidir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə muğam sənəti ilə bağlı həyata keçirilən layihələrdən, muğam sənətinin qorunub saxlanması və təbliği istiqamətində görülən işlərdən danışıb.
Muğamın fəlsəfəsindən danışan AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bu musiqi sənətini xalqları və millətləri qovuşduran bir dəyər kimi xarakterizə edib. Akademik ölkəmizdə muğam ilə operanın, cazın və simfonik musiqinin sintezindən danışıb, bunu Azərbaycanın dünya musiqisi xəzinəsinə verdiyi yeni modellər kimi qiymətləndirib.
Tədbirdə Türkdilli Ölkələrin Musiqi Qrupları Şurasının üzvü Quzel Sayfullina, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dosenti Aleksandr Xaruto, T.K.Jurqenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasının prorektoru Qulnar Beqalinova, Özbəkistan Dövlət Konservatoriyasının professoru Ravşan Yunusov, Tehran İncəsənət Universitetinin professoru Məhəmməd Azadefar və digər qonaqlar çıxış ediblər.
Simpozium Mərkəzi Elmi Kitabxanada “Muğam Şərq lad sisteminin milli interpretasiyaları”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqi terapiya”, “Muğam - makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi”, “Muğam yaradıcılığı elm və sənətin qovşağında”, “Muğamın inkişaf yolları - tarix və müasirlik” adlı bölmələrdə muğamın aktual məsələlərinə dair müzakirələrlə davam edib.
Qeyd edək ki, martın 9-da simpozium çərçivəsində AMEA-nın Gəncə Bölməsində də tədbir keçiriləcək.
Beynəlxalq simpozium işini martın 10-da yekunlaşdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

