Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Astara məktəblisi: Ekskursiyada gördüyümüz məkanlar haqqında daha çox öyrənməyə çalışırıq

Astara məktəblisi: Ekskursiyada gördüyümüz məkanlar haqqında daha çox öyrənməyə çalışırıq

17.03.2018 [08:38]

Azərbaycanın şimal bölgəsinin tarixi məkanlarına, muzeylərinə ekskursiyanı səbirsizliklə gözləyirdim. Bu gün Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə, Quba Soyqırımı Memorial Kompleksində, Cümə məscidində və başqa görməli yerlərdə olacağıq. Bu səyahət bizim Quba, Qusar, Xaçmaz rayonları haqqında biliklərimizi zənginləşdirməklə yanaşı, yeni dostlar qazanmağımıza şərait yaradır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiyaya Astara rayonundan qoşulan Nəzrin Məmmədova söyləyib.
Rayonun Ərçivan qəsəbə 1 saylı tam orta məktəbinin 11-ci sinif şagirdi şimal rayonlarına ilk dəfə səfər etdiyini, burada gördüklərindən çox məmnun olduğunu bildirib. “Ekskursiya zamanı gördüyümüz hər bir məkan haqqında daha çox öyrənməyə çalışırıq. Düşünürəm ki, dünyagörüşümüzün formalaşmasında bu tur-aksiyanın böyük əhəmiyyəti olacaq. Artıq iki gündür ki, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada iştirak edirəm. Bu ekskursiya bölgələrin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq üçün əvəzsiz imkan, Azərbaycan tarixi və coğrafiyasını barədə əyani dərsdir”, - deyə Nəzrin Məmmədova qeyd edib.

Paylaş:
Baxılıb: 621 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31