Prezident seçkilərində polisin xidməti fəaliyyətinə dair regional seminar-müşavirə keçirilib
27.03.2018 [10:20]
Martın 26-da Gəncə şəhərində 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş regional seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Hamlet Hümbətəliyev, MSK-nın nümayəndələri, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polkovnik Faiq Şabanov, eləcə də respublika üzrə 33 dairə seçki komissiyalarının sədrləri və 24 şəhər və rayon polis orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbiri açan Ombudsman Elmira Süleymanova bildirib ki, prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmin olunması böyük əhəmiyyət kəsb edir. Bununla bağlı olaraq MSK tərəfindən seçkilərin hazırlanması və keçirilməsi üzrə təqvim planı təsdiqlənib və həmin plana uyğun olaraq respublikanın bütün bölgələrində bu cür tədbirlərin təşkil edilməsi nəzərdə tutulub. Bu tədbirlərin təşkilində məqsəd Prezidentin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsidir.
Sonra Ombudsman tərəfindən seçki qanunvericiliyinə əsasən polis əməkdaşlarının xidməti vəzifəsinin təşkili, xüsusən polisin üzərinə düşən vəzifələr, yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələr haqqında seminar iştirakçılarına ətraflı məlumat verilib.
Şəxsiyyəti təsdiq edən hər hansı sənədi olmayan vətəndaşlara pasport və qeydiyyat şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi, seçki günü hüquq mühafizə əməkdaşlarının təhkim olunduqları seçki məntəqələrində ictimai asayişin qorunması istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.
Tədbirdə MSK-nın üzvü Tofiq Qasımov seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları haqqında məruzə ilə çıxış edib.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Hamlet Hümbətəliyev seçki kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən, səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsindən danışıb.
MSK katibliyinin əməkdaşı Faiq Bəşirov seçki subyektləri, onların hüquq və vəzifələri, qanunsuz müdaxilənin yolverilməzliyi haqqında çıxış edib.
Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

