Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölkəmizdə milli təhsilin təməli Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub

Ölkəmizdə milli təhsilin təməli Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub

05.04.2018 [10:12]

Aprelin 4-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “Təhsil-tədqiqat-istehsalat mexanizminin qurulması” mövzusunda respublika elmi-texniki konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransın açılış mərasimində AzTU-nun prorektoru, professor İlham Pirməmmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb. Diqqətə çatdırılıb ki, 1918-1920-ci illərdə əsası qoyulan, lakin təşəkkül tapa bilməyən milli strategiyalarımız müstəqillik illərində yüksək səviyyədə həyata keçirilib. Belə ki, ölkəmizdə milli təhsilin təməli də Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Həmin dövrdə azərbaycanlı ziyalıların, elm adamlarının məhdud imkanlarla xaricdə ölkəmizi tanıtmaq cəhdləri, bayrağımızın dünya ölkələrinin bayraqları arasında dalğalanması arzusu bu gün artıq reallaşdırılıb.
Təhsil-tədqiqat-istehsalat üçlüyünün Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün Strateji Yol Xəritələrində əsas prinsip olduğunu diqqətə çatdıran İ.Pirməmmədov Cümhuriyyətin 100 illiyi ərəfəsində bu sahənin problemlərinin müzakirəsi və lazımi mexanizmin yaradılması təşəbbüsünün vacibliyini vurğulayıb. Bildirib ki, iqtisadiyyatın davamlı inkişafı üçün elm-təhsil-istehsalat əlaqələri vahid müstəvidə inkişaf etdirilməlidir.
Sonra AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevin “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin icrasında “Dördlü HELIX” modelinin tətbiqi”, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Teleradio” İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasovun “Azərbaycanda çoxproqramlı rəqəmli televiziyanın tətbiqi”, AzTU-nun professoru, Əməkdar Elm Xadimi Həsən Hüseynovun “Texnopark inklüziv inkişafın müəyyənedici amili kimi”, AzTU-nun dosenti Zəfər Cəfərovun “Sənaye üçün sistem mühəndisliyi üzrə ali təhsil ixtisasının vacibliyi” mövzularında məruzələri dinlənilib.
Azərbaycan elminin inkişaf meyilləri ilə bağlı fikirlərini bölüşən AzTU-nun ictimai şurasının sədri Şahlar Əsgərov qeyd edib ki, konfransın əsas predmeti olan təhsil-tədqiqat-istehsalat üçlüyünün tətbiqi texnologiyanın yaradılmasından asılıdır. O, alimlərin tədqiqat və patentlərinin sənayedə tətbiqi, bu yolla dəyər yaradılması üçün yüksək texnologiyalardan istifadənin əhəmiyyətini vurğulayıb.
Konfrans işini “Ali məktəblərin elmi-tədqiqat və innovasiya fəaliyyəti”, “Texniki sistemlərin idarə olunmasında informasiya və telekommunikasiya texnologiyaları və modelləşdirmə”, “Elm və təhsilin iqtisadi aspektləri”, “Sənaye müəssisələrində innovativ texnologiyalar”, “Energetikanın müasir vəziyyəti və inkişaf tendensiyaları” və “Elm və təhsildə sosial və humanitar tədqiqatlar” bölmələri üzrə davam etdirib.
İki gün davam edəcək konfransa respublikamızın 23 müxtəlif müəssisəsindən 130-a yaxın məqalə daxil olub.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31