Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qazax rayonunda seçkilər demokratik və beynəlxalq standartlara uyğun keçirilib

Qazax rayonunda seçkilər demokratik və beynəlxalq standartlara uyğun keçirilib

12.04.2018 [10:31]

Ölkəmizdə keçirilmiş prezident seçkiləri Qazax rayonunda da yüksək fəallıqla müşayiət olunub. Aprelin 11-də səhər saatlarından seçki məntəqələrinə gələn seçicilər öz səsvermə hüquqlarından sərbəst surətdə - qanunlara müvafiq olaraq istifadə ediblər. Ümumilikdə, 107 saylı Qazax və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin bütün məntəqələrində seçki prosesi demokratik və beynəlxalq standartlara müvafiq surətdə keçirilib.
Öz səsvermə hüquqlarından istifadə edən seçicilər yaradılmış şəraiti yüksək qiymətləndiriblər və hər hansı qanun pozuntusu ilə rastlaşmadıqlarını qeyd ediblər. Bununla yanaşı, seçkiləri izləyən beynəlxalq müşahidəçilər də səsvermənin gedişindən razı qaldıqlarını və seçkilərin mövcud qanunvericiliyə müvafiq surətdə keçirildiyini bildiriblər.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 32 saylı seçki məntəqəsində səs verən seçicilər də öz seçici hüquqlarından azad şəkildə istifadə ediblər. MnSK-nın sədri Mövsüm Məmmədov bildirib ki, səsvermə demokratik prinsiplərə uyğun keçirilib və hər hansı qanun pozuntusuna rast gəlinməyib. Seçkiləri müşahidə edən müşahidəçilər Əfqan Allahverdiyev, Əlyar Axundov, Rüstəm Nağıyev və başqaları seçki prosesinin gedişindən razı qaldıqlarını, neqativ hala rast gəlmədiklərini bildiriblər.
107 saylı Qazax seçki dairəsinin 1 saylı seçki məntəqəsində də seçkilər qanunlara uyğun şəkildə keçirilib. MnSK sədri Mustafa Hacıyev seçici fəallığını xüsusilə qeyd edib. Eləcə də seçkiləri müşahidə edən Nəsibə Tağıyeva, Vəzir Pənahov, Emin Mustafayev və başqaları öz növbələrində müşahidəçilərə yaradılan əlverişli şəraitdən bəhs edərək səsvermənin mövcud qanunvericiliyə uyğun keçdiyini bildiriblər.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31