/ / Əlilliyin qiymətləndirilməsi və əlillərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayıb
Əlilliyin qiymətləndirilməsi və əlillərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayıb
02.05.2018 [09:24]
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə əlaqədar zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işçi qrupunun və Səhiyyə Nazirliyinin müvafiq işçi qrupunun nümayəndələrinin də iştirak etdiyi ilk iclasında nazir ölkə rəhbərliyinin sosial inkişaf kursuna uyğun olaraq, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlillərin sosial müdafiəsinə, onların tibbi-sosial reabilitasiyasına xidmət edən tədbirlərin ildən-ilə gücləndirildiyini qeyd edərək bildirib ki, əlillərə dövlətin qayğısının daim artırılması ilə yanaşı, əlillik qruplarının təyin olunmasında tam şəffaf mühitin formalaşdırılması, müvafiq xidmət sektorunda vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması üçün əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi də diqqətdə saxlanılacaq. Nazirlikdə müvafiq işçi qrupunun yaradılması da həmin məqsədə xidmət edir.
Nazir qeyd edib ki, yeni yaradılan işçi qrupunun qarşısında bir sıra vəzifələr durur: “İşçi qrupu əlillik təyinatlarının monitorinqinin həyata keçirilməsi istiqamətində Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə iş aparacaq. İşçi qrupu Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə dəyişikliklər edilməsi barədə təklifləri hazırlamalıdır. Eləcə də dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilən göndərişlərin TSERAS-a ötürülmədən əvvəl Səhiyyə Nazirliyinin müvafiq məlumat bazaları ilə qarşılaşdırılması mexanizmi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi arasında elektron məlumat mübadiləsinə dair sazişə əlavələr edilməsi, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsi barədə təkliflər də işçi qrupu tərəfindən hazırlanmalıdır”.
Təkliflərin 1 ay müddətində hazırlanaraq təqdim edilməli olduğunu qeyd edən nazir bildirib ki, eyni zamanda, bütün bərpa mərkəzlərinin əməkdaşlarına Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Reabilitasiya Alt Sistemindən istifadə qaydaları öyrədilməlidir: “Bu məqsədlə işçi qrupu həmin mərkəzlərin əməkdaşlarına bu il mayın 14-18-də təlimlərin keçirilməsini, həmçinin iyulun 1-dən etibarən bərpa mərkəzlərinə əlillərin qəbulu, onlara göstərilən reabilitasiya və bütün digər xidmətlərin uçotunun yalnız həmin Alt Sistem üzərindən aparılmasını təmin etməlidir”.
Nazir diqqətə çatdırıb ki, beynəlxalq təcrübə əsasında əlillərin “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası”nın layihəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunması da yeni yaradılan işçi qrupunun vəzifələrindən biridir.
Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət müstəvisində aparılacaq işlər əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil səviyyədə qurulmasında əhəmiyyətli rol oynayacağı qeyd edilib.
İclasda işçi qrupunun müvafiq istiqamətlərdə görəcəyi işlər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, nazir müavini Natiq Məmmədovun rəhbəri olduğu işçi qrupuna nazirliyin müvafiq şöbələrinin və nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əməkdaşları daxildir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19

