“AVO MUN 2018” layihəsinə start verilib
18.05.2018 [09:32]
Mayın 17-də ADA Universitetində “AVO MUN 2018” layihəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə “ASAN Könüllüləri” və “Gilan holdinq”in təşkilatçılığı, ADA Universiteti və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin (UNDP Azerbaijan) dəstəyi ilə reallaşdırılıb.
Tədbirdə çıxış edən “ASAN Könüllülər” təşkilatının sədri Bəxtiyar İslamov layihə haqqında məlumat verib. O bildirib ki, BMT-nin simulyasiyası əsasında artıq ikinci dəfə baş tutan layihədə 16-25 yaş arasında 75-ə yaxın gənc iştirak edir. Eyni zamanda, Azərbaycanda ilk dəfə üç dildə (Azərbaycan, ingilis və rus) üç komitənin simulyasiyası təşkil ediləcək. Layihə çərçivəsində “Təhlükəsizlik Şurası” - Dağlıq Qarabağ münaqişəsi, “Beynəlxalq Ədalət Məhkəməsi” - Krımın ilhaqı; hüquqi əsaslar, “Müstəqil Dövlətlər Birliyi” - Postsovet məkanında iqtisadi sabitlik adlı komitələr fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN Könüllülər” təşkilatı haqqında məlumat verib. Qeyd edilib ki, 2013-cü ildən təsis olunan təşkilat bu günədək özündə 14 minə yaxın gənci birləşdirib. Bu müddət ərzində 300-dən çox layihə həyata keçirilib. Bu layihələr, ümumilikdə, 30 mindən çox gənci əhatə edir.
“AVO MUN 2018”in əhəmiyyətindən danışan Ü.Mehdiyev qeyd edib ki, bu layihə gənclərin beynəlxalq hüququ mənimsəməsində faydalı olacaq. O, layihə çərçivəsində müzakirə ediləcək mövzulara toxunaraq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın uzun illərdir həll edilməyən yeganə problemi olduğunu deyib. Bildirib ki, bizim ən böyük uğurumuz odur ki, Azərbaycan vətəndaşlarının, o cümlədən gənclərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır. Biz bu məsələdə dövlətimizin başçısının ətrafında sıx birləşmişik.
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəsmisi Məzahir Əfəndiyev Azərbaycan dövləti tərəfindən gənclərə böyük diqqət və qayğı göstərildiyini deyib. O, “AVO MUN” layihəsinin 2014-cü ildən həyata keçirildiyini bildirib, gənclərin müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, bu layihə Azərbaycanın inkişafı istiqamətində atılan tədbirlərə öz töhfəsini verəcək.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə layihənin gənclərin siyasi, sosial, hüquqi biliklərinin hərtərəfli artırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

