Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Dövlət Miqrasiya Xidmətində qeyd edilib
26.05.2018 [07:35]
Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Qurumun rəisi Vüsal Hüseynov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı nailiyyətlərdən bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə qayğının bariz nümunəsidir. Eləcə də dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Cümhuriyyət dövründə həyata keçirilmiş tədbirlərə yüksək dəyərin təcəssümüdür.
Xidmət rəisi bildirib ki, 100 illiyini qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çoxəsrlik tariximizin, mədəni inkişafımızın, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu olub. Həmin dövrdə müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın gələcək müstəqilliyi üçün əsaslı hüquqi zəmin hazırlanıb. V.Hüseynov 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymətin verildiyini bildirib.
Qeyd edilib ki, məhz müstəqillik dövründə, xüsusən Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb və bu istiqamətdə iş davam etdirilir. O, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib: “Qürurla deyə bilərəm ki, Cümhuriyyətin 100 illik yubileyini Prezident İlham Əliyevin rəhbərliyi ilə Avropa və Şərq dəyərlərini özündə birləşdirən müasir müstəqil ölkəmizin bir sıra uğurlara imza atdığı tarixi bir dövrdə qeyd edirik”.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, Akademiyanın müxbir üzvü Musa Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki xüsusi rolu və əhəmiyyəti barədə danışıb, Cümhuriyyətin qurucularının misilsiz xidmətlərini diqqətə çatdırıb. Qeyd edilib ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, hərbi quruculuq, iqtisadiyyat, mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edib. Cümhuriyyət ağır ictimai-siyasi şəraitdə elan olunmasına baxmayaraq, xalqımızın dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut edib. İndiki demokratik ölkələrdən çox-çox əvvəl Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququ verib. Cümhuriyyətin böyük uğurlarından biri də 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqil dövlət kimi de-fakto tanınması olub.
Sonra DMX Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında keçirilmiş şahmat və dama yarışlarının qalibləri mükafatlandırılıblar.
Tədbirin sonunda Azərbaycan Televiziyasının istehsalı olan “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” sənədli filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22

