Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb
09.06.2018 [08:33]
İyunun 8-də Masallı şəhərində “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərində 2016-cı ildən fəaliyyətə başlayan Heydər Əliyev İncəsənət Məktəbində müxtəlif sahələr üzrə mütəmadi olaraq təlimlər və mühazirələr təşkil edilir. Bu layihələr, həmçinin region gəncləri arasında tarix, mədəniyyət və incəsənətin yaşadılması və təşviqi, Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədi daşıyır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirəsi dinlənilib.
Azərbaycan miniatür sənətinin yaranma ənənələri, bu sənətin formalaşmasında Şərq poeziyasının təsiri və rolundan danışan G.Seyidəhmədli bildirib ki, Azərbaycan miniatürləri Yaxın və Orta Şərq xalqlarının incəsənəti tarixinin ən zəngin səhifələrindən birini təşkil edir.
Qeyd olunub ki, Yaxın və Orta Şərqdə miniatür sənətinin ən qədim nümunələrindən sayılan bir çox əsərlər məhz Marağada və Təbrizdə yaradılıb.
Azərbaycan miniatür sənətinin ən qədim nümunələri - “Vərqa və Gülşa” (XIII əsrin əvvəli), “Mənafi əl-Heyvan” (1298-ci il), “Cami ət-təvarix” (1308-1314-cü illər) Şərqdə yeni bir məktəbin yarandığını təsdiq edir.
Bildirilib ki, Təbriz miniatür məktəbi XV əsrdə tam müstəqil bədii məktəb kimi formalaşıb, Bakıda, Şamaxıda və bir sıra Orta Şərq mərkəzlərində (Herat, Şiraz) miniatür sənətinin inkişafına əsaslı təsir göstərib.
Tədbirdə Nizami adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov miniatür sənətinin bir növü olan ebru sənəti barədə məlumat verib, ərsəyə gətirdiyi bu sənətin nümunələrini nümayiş etdirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

