Əlcəzairin ədliyyə naziri Baş Prokurorluqda olub
22.06.2018 [09:12]
İyunun 21-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louh ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı qeyd olunaraq bu əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyevin və Əbdüləziz Buteflikanın xüsusi rolu vurğulanıb.
Baş prokuror ölkəmizin İslam və ərəb dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd edərək, dövlətimizin başçısı tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması çərçivəsində dost Əlcəzair ilə ikitərəfli münasibətlərin inkişafı məqsədilə iki ölkənin Ədliyyə nazirlikləri tərəfindən imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, həmçinin cari səfər çərçivəsində imzalanan ekstradisiya haqqında müqavilənin əlaqələrimizin inkişafında yeni təkan olduğunu vurğulayıb.
Qeyd olunub ki, Əlcəzairin ədliyyə naziri Tayeb Louhun dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun 2017-ci ildə nümayəndə heyəti ilə bu ölkədə səfərdə olması və Əlcəzairdən Azərbaycana nazir səviyyəsində ilk dəfə edilən bu səfər tarixi hadisə olmaqla münasibətlərimizin inkişafına, eyni zamanda, Anlaşma Memorandumu və ekstradisiya haqqında müqavilə iki ölkə arasında əməkdaşlığa dair imzalanan ilk sənədlər olmaqla müqavilə-hüquq bazasının təməlini qoyaraq, qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə dərinləşməsinə dəyərli töhfə olub.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar ətrafında geniş fikir mübadiləsi aparılıb, ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən işlərə və qazanılan nailiyyətlərə böyük maraq göstərilərək, təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydası qeyd olunub.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən nazir Tayeb Louh respublikamızın hərtərəfli tərəqqisini qeyd edib, qarşılıqlı etimada əsaslanan Əlcəzair-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.
Nazir Azərbaycanda gedən proseslərdən məlumatlı olduğunu bildirərək, ölkəmizin sürətli inkişafında, əmin-amanlığın və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin müstəsna rolunu və xidmətlərini vurğulayıb. O, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərdiyini və bu islahatları təqdir etdiyini, öz ölkəsində də bu sahədə köklü islahatların aparıldığını bildirib.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, korrupsiyaya qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

