Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qubadlı ictimaiyyəti Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 49-cu ildönümü münasibətilə tədbir keçirib

Qubadlı ictimaiyyəti Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 49-cu ildönümü münasibətilə tədbir keçirib

14.07.2018 [10:12]

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 49-cu ildönümü münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının birgə tədbiri keçirilib. Tədbirdə öncə Ulu öndərin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub. Daha sonra tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, Ulu öndər Heydər Əliyevin 1969-cu ilin iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəmizin tarixində yeni bir səhifənin başlanğıcı oldu. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi uzunmüddətli və sürətli inkişafın əsasını qoydu: “Ulu öndər Heydər Əliyev bütün sahələrdə digər sovet respublikaları ilə müqayisədə dəfələrlə geri qalan, tənəzzülün hökm sürdüyü bir respublikanı dirçəltmək üçün yorulmadan fəaliyyət göstərdi. Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev respublikanın geriqalma səbəblərini dərindən araşdıraraq, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və onların icrasına başlandı. Cəmiyyətin sağlam qüvvələrini, mövcud resursları səfərbər edərək respublikanı tərəqqi və inkişaf yoluna çıxardı”.
Tədbirdə çıxış edən digər natiqlər də Ulu öndərin ölkəmiz üçün gördüyü işlərdən danışıblar. Vurğulanıb ki, bu gün Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində müstəqil Azərbaycan yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Tədbirin sonunda bir qrup şəxsə YAP Qubadlı rayon təşkilatının Fəxri fərmanları və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olunub.
PƏRVİZ

Paylaş:
Baxılıb: 639 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31