Dövlət Məşğulluq Xidmətinin qabaqcıl Avropa təcrübəsi əsasında yeni xidmət modeli yaradılır
08.08.2018 [09:12]
Hazırda qurulmaqda olan məşğulluq portalı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək. Bu, hər hansı vətəndaş işdən azad olunduğu, yəni onunla əmək müqaviləsinə xitam verildiyi anda artıq işaxtaran vətəndaş kimi məşğulluq portalında dərhal qeydə alınmasına və vakant vəzifənin təqdim olunmasına imkan verəcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin səmərəli məşğulluğunun təmin olunması, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin səmərəliliyinin və şəffaflığının artırılması istiqamətində təkliflərin hazırlanması üzrə nazirlikdə yaradılmış işçi qrupunun iclasında bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir aparılan islahatların əsas məqsədlərindən birinin dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, bu sahədə xidmətlərin çevikliyinin, işsiz və işaxtaranlara asan əlçatanlığının təmin olunması olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə mühüm addım kimi məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması, məşğulluq portalının yaradılması işləri davam etdirilir. Eyni zamanda, müvafiq Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üzrə Avropanın qabaqcıl təcrübəsi əsasında yeni xidmət modelinin yaradılması təmin olunacaq.
S.Babayev diqqətə çatdırıb ki, aparılan işlər çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsinin artıq təkmil şəkildə son versiyası hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin “Məşğulluq haqqında” Qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlanıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərilib.
Özünüməşğulluq proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin də hazırlandığını vurğulayan S.Babayev əlilliyi olan insanların məşğulluq imkanlarına yiyələnməsində bu proqramın imkanlarından geniş şəkildə istifadə olunmasının, habelə həmin insanların işlə təminatı üçün müəssisələrdə kvota əsasında iş yerlərinin müəyyən olunması məsələsinə diqqətin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Nazir aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması üçün konkret addımların atılmasının təmin ediləcəyini, həmçinin işsiz və işaxtaran şəxslər üçün regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin genişləndiriləcəyini deyib.
İclasda işçi qrupu tərəfindən görülən işlər, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması hazırlanan təkliflər, beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələr və s. müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41

