Azercell-in Barama mərkəzində 25 məktəbliyə pulsuz proqramlaşdırma dərsləri keçirilib
01.09.2018 [09:58]
“Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb
“Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uşaqlarda rəqəmsal sahəyə marağı artırmaq və rəqəmsal ekosistemin inkişafına dəstək olmaq məqsədi ilə həyata keçirdiyi “Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla yekunlaşıb. 31 avqustda dərslərdə iştirak edən məktəblilərin, o cümlədən, valideynlərin, müəllimlərin və qonaqların iştirakı ilə layihənin başa çatmasına həsr olunan xüsusi tədbir keçirilib. Barama Mərkəzinin koordinatoru Fidan Tofidi layihənin hər kəs tərəfindən maraqla qarşılanmasını və təlimdə iştirak üçün müraciət sayının çoxluğunu sevindirdirici hal kimi qiymətləndirib: “İlk 8 gün ərzində 300-dən çox məktəbli layihədə iştirak üçün qeydiyyatdan keçdi. “Barama Junior: Coding Kids IT Summer School” layihəsinə başlayan zaman bizim bir məqsədimiz var idi: gələcəyimiz olan uşaqlara faydalı olmaq. Ümid edirəm, bu məqsədimizə nail olduq”, - deyən mərkəzin koordinatoru, aparılan seçimlər nəticəsində 25 məktəblinin proqramda iştirak etdiyini bildirib.
Tədbirdə təlimin iştirakçısı olan məktəblilər və valideynlər də layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər. Mərasimin sonunda məktəblilərə sertifikat və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Coding Kids - IT Summer School” layihəsi məktəblilərə kompüter və telefonların oyun və əyləncədən əlavə, daha faydalı imkanlarını izah etmək, onların proqramlaşdırma sahəsinə olan marağını real və praktiki biliyə çevirmək üçün həyata keçirilib. 9-15 yaşlı məktəblilər üçün reallaşan layihə çərçivəsində iştirakçılara 4 həftə ərzində Python proqramlaşdırma dili, Raspberry Pi mikrokompüteri və HTML texnologiyası tədris edilib. Kursun sonunda məktəblilər əldə etdikləri bilikləri təcrübədə tətbiq edərək, saxsı bitkilər üçün avtomatik sulama cihazını hazırlayaraq proqramlaşdırıblar. İnteraktiv tədris metodları əsasında keçirilən dərslər “Coding Club Kids” şirkətinin Python və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov və “Coding Club Kids” şirkətinin veb-dizayn instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının idarə heyətinin üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqov tərəfindən aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42

