/ / Prezident İlham Əliyevin İsmayıllıya tarixi səfəri bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verəcək
Prezident İlham Əliyevin İsmayıllıya tarixi səfəri bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verəcək
01.09.2018 [10:04]
Prezident İlham Əliyevin İsmayıllıya son səfəri zamanı rayonun sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyətə malik olan istehsal və xidmət obyektlərinin açılışı, dövlətimizin başçısının sakinlərlə görüşləri, səfərdən sonra imzaladığı sərəncamlar rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Bu tarixi səfər və onun nəticələri hələ uzun illər insanların yaddaşından silinməyəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər avqustun 31-də İsmayıllıdakı mədəniyyət mərkəzində Prezident İlham Əliyevin rayona tarixi səfərinə, səfər zamanı dövlətimizin başçısının verdiyi tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələrə həsr edilən fəallar yığıncağında səsləndirilib.
Əvvəlcə tədbirdə Prezident İlham Əliyevin rayona tarixi səfərlərini əks etdirən film təqdim olunub.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin Sərəncam, tapşırıq və tövsiyələrinin icrası ilə bağlı çıxış edib, müxtəlif istiqamətlər üzrə hazırlanan fəaliyyət proqramlarından və planlardan danışıb. Qeyd edib ki, bir sıra kəndlərə qaz çəkilişi, istehsal, sosial və təhsil obyektlərinin, yolların tikintisi ilə bağlı ilkin layihə işlərinə, torpaq ayrılmasına başlanıb. Əminliklə bildirib ki, Prezident İlham Əliyevin Sərəncam, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələr layiqincə, vaxtında icra olunacaq.
Vurğulanıb ki, Prezident İlham Əliyev avqustun 25-26-da İsmayıllıya səfəri zamanı bir sıra obyektlərin, o cümlədən Muğanlı-İsmayıllı-Mingə-Keyvənd-Şəbiyan-Bəhliyan və Kürdmaşı-Kəlbənd-Girk avtomobil yollarının, “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, “Azərxalça” MMC-nin İsmayıllı filialının, “Azərişıq” ASC-nin yenidən qurulan 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyasının açılışları olub.
Dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva ilə birgə sənətkarlar məkanı olan Lahıc qəsəbəsində Dəmirçi-Lahıc avtomobil yolunun, 400 yerlik məktəb binasının, qəsəbəyə təbii qazın verilməsinin açılışlarında iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb.
Bildirilib ki, avqustun 27-də İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yeni uşaq bağçasının, həmçinin rayonda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı sərəncamların imzalanması dövlətimizin başçısının İsmayıllıda, ümumən regionlarda sosial-iqtisadi infrastrukturun möhkəmləndirilməsinə, insanlara qarşı diqqət və qayğısına bariz nümunədir.
Deputatlar Novruz Aslanov, Tahir Kərimli, professor Qafar Cəbiyev, ədliyyə veteranı Rəsul Səfərov, “Azərxalça” ASC-nin sədri Vidadi Muradov, “Azəriqaz” Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov, “AZZA AQRO” MMC-nin icraçı direktoru Nəriman Hüseynov və iş adamı, istifadəyə verilmək ərəfəsində olan “Bədo” sanatoriyasının sahibi Məzahir Həsənov fəallar yığıncağında çıxış edib, Prezident İlham Əliyevin səfərinin bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verəcəyini söyləyib, dövlətimizin başçısının İsmayıllı ilə bağlı imzaladığı Sərəncam, tapşırıq və tövsiyələrin icrası üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Yığıncaqda müzakirə olunan məsələ ilə əlaqədar hazırlanan fəaliyyət istiqamətlərinə dair proqramlar və tədbirlər planı təsdiqlənib.
Fəallar yığıncağının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42

